Bu qalaya tunel çəkən memarlar öldürülüb - Azərbaycanlı imperatorun sirli sarayı - Fotolar

Bu qalaya tunel çəkən memarlar öldürülüb - Azərbaycanlı imperatorun sirli sarayı - Fotolar
10 yanvar 2020
# 10:35

Kulis.az Güney Azərbaycanlı yazıçı Araz Əhmədoğlunun Nadir şah Əfşarın strateji şəhəri olan Kalatdan hazırladığı reportajı təqdim edir.

Türkmənistanla İranın sərhədində olan Kalat Azərbaycanlı imperator Nadir şah Əfşarın seçdiyi strateji şəhərdir. Bu şəhərdə Nadir şah şəkillərdə gördüyünüz ərəb əlifbasıyla Türkcədə yazdırmış qayaüstü kətibəni, Göy Məscidi, Günəş Sarayını və başqa abidələri yadigar qoyub.

Gallery

Şəhər sərt qayalıqlar içində tam şəkildə bir qaladır. Qalaların çox olduğuna görə türkcədən ərəbcəyə keçmiş “qala” ərəbcənin qrammatikasına əsasən “qalat” və Türkmənlərin ləhcəsi ilə “Kalat” sözünə çevrilib.

Gallery

Bu şəhərin yolunda türkcə kənd adları çoxdur. Örnək üçün farsca “گوجگی” yazılmış kəndin adı farscada anlamı yoxdur, amma türkmən ləhcəsində “Qocqi”, yaxud “köçkü” sözüdür.

Gallery

Günəş Sarayını Nadir şah həyat yoldaşı Xurşid xanımın şərəfinə Xurşid sarayı adlandırıb. Kalatda olan bu saray Göy Məscid və başqa abidələr Azərbaycan memarlıq üsulları əsasında tikilib, amma eyni zamanda sarayda Hindistan memarlıq ornamentləri də gözə dəyir.

Gallery

Bu sarayın 12 otağı rəsmlər və şahzadələrin şəkilləri ilə süsləndirilib. Zirzəmisinə saxsı borulardan ibarət kanallar ilə su çəkilib. Yerlilərin dediyinə görə, Nadir şah Hindistandan gətirmiş sərvəti bu sarayın Türkmənistana gedib çatan tunellərində gizlədib. Sir sızmasın deyə tunelləri tikən memarlar və başqa işçilər öldürülüb.

Gallery

Nadir şahın Azərbaycanın gözəl şəhərlərini buraxıb dünyanın ən ucqar yerinə getməsi, qala və şəhər tikdirməsi də elə sərvətini xalqdan gizlətmək üçün imiş.

Gallery

Günəş sarayının düz önündə tikdirilən Göy məscid isə Təbrizin Göy məscidini anmaq üçün eyni adlandırılıb, amma ondan daha kiçik və sadədir. Memarlıq baxımından Azərbaycanı canlandırır.
Nadir şahın kətibəsi isə Türkcə yazılıb. Amma nə yazıq, qar-yağışın önündə baxımsızlıqdan getdikcə oxunmaz duruma düşməkdədir.

Gallery

Kalata getmək üçün Məşhəd şəhərindən ən azı 2 saat yarımlıq 155 km yol qət etməlisiniz. Bu yol ancaq yazda gözəl ola bilər. Sərt qayalıqlar... Uzun bir gədik... 750 metrlik tunel...

Gallery

# 7665 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər