Kino Agentliyindən xəbərdarlıq: "“44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər"

Kino Agentliyindən xəbərdarlıq:   "“44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər"
19 oktyabr 2026
# 14:11

Kino Agentliyi “44” filmi ilə əlaqədar ictimaiyyətə müraciət edib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, müraciətdə seanslar zamanı mobil telefon və ya digər cihazlarla filmin çəkilməsi, görüntülərin icazəsiz qeydə alınması və yayılmasının yolverilməz olduğu bildirilib.

“Bu cür hərəkətlər filmin istehsalçısına, yaradıcı heyətə və filmi izləməyə gələn digər tamaşaçılara qarşı hörmətsizlikdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, əsərin surətinin çıxarılması müəlliflik hüququ sahibinin müstəsna hüquqlarına daxildir. Qanunda surətçıxarma anlayışına videoyazı formasında hazırlanma da daxildir. Buna görə filmin icazəsiz qeydə alınması və xüsusilə həmin görüntülərin paylaşılması müəlliflik hüquqlarının və qanunvericiliyin tələblərinin pozulmasına səbəb ola bilər. Tamaşaçılardan seanslar zamanı filmin mobil telefon və ya digər cihazlarla qeydə alınmamasını, habelə filmə aid görüntülərin hüquq sahibinin icazəsi olmadan yayılmamasını qəti şəkildə tələb edirik. Bu tələblərin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 185-ci maddəsinə, qanunla müəyyən edilmiş şərtlər mövcud olduqda isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 165.1-ci və 165.2-ci maddələrinə əsasən məsuliyyətə səbəb ola bilər. Qanun pozuntusu faktlarını aşkar edildikdə, təqsirli şəxslər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək”, - müraciətdə qeyd olunub.

# 204 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

Tanınmış şoumenin Türkiyədəki konsertinin ləğvi tələb olunur - Səbəb

16:00 19 oktyabr 2026
"Frieze" tənqid hədəfində:  müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

"Frieze" tənqid hədəfində: müasir incəsənət, yoxsa varlı kolleksiyaçılar üçün bazar?

15:40 19 oktyabr 2026
35 illik roman  yenidən diqqət mərkəzində

35 illik roman yenidən diqqət mərkəzində

14:20 19 oktyabr 2026
14-cü Boğaziçi Film Festivalının  münsiflər heyəti açıqlandı

14-cü Boğaziçi Film Festivalının münsiflər heyəti açıqlandı

13:40 19 oktyabr 2026
Yazıçılar, rəssamlar, oyun həvəskarları... - "Geekend" festivalı keçirildi

Yazıçılar, rəssamlar, oyun həvəskarları... - "Geekend" festivalı keçirildi

13:20 19 oktyabr 2026
Türkiyədə gecə muzeyçiliyi layihəsi - 1 milyondan çox ziyarətçi qeydə alındı

Türkiyədə gecə muzeyçiliyi layihəsi - 1 milyondan çox ziyarətçi qeydə alındı

13:00 19 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər