"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"

"Saf işıqda parıldayır stolun üstündə - çörək və şərab..."- Avstiyalı şairdən "Qış axşamı"
3 noyabr 2026
# 13:30

Bu gün avstriyalı şair Georq Traklıən anım günüdür.

Kulis.az onun "Qış axşamı" şeirini təqdim edir.

Qar yağanda pəncərəyə,
Axşam zəngi uzun-uzadı çalınar...
Neçə-neçə insan üçün
Hazırlanıb süfrə, səliqəyə salınıb ev...

Ziyarətçilər, sərgərdanlar çoxu
Qaranlıq yollarla gəlib çıxar bu qapıya.
Lütf ağacı qızıl rəngdə çiçək açar
Yerin sərin şirəsindən, qoynundan.

Sükutla içəri addımla, ey sərgərdan,
Kədər aşındırıb daşa döndərib astananı.
Amma bax, saf işıqda parıldayır
Stolun üstündə - çörək və şərab.

Rus dilindən sətri tərcümə etdi: Aydan Ağayeva

# 109 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər