Xalq artisti Mehriban Zəki: ""44" filminin ərsəyə gəlməsində çox böyük sevinc, məsuliyyət var idi"

Xalq artisti Mehriban Zəki:  ""44" filminin ərsəyə gəlməsində çox böyük sevinc, məsuliyyət var idi"
13 oktyabr 2026
# 10:35

“44” filminin təqdimatı gününü aylardır həsrətlə gözləyirdim. Nəhayət, bu günü yaşayırıq”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu “44” filminin premyerasına həsr olunmuş mətbuat konfransında Xalq artisti Mehriban Zəki deyib.

“Bilirsiniz, 44 günlük müharibədən cəmi 6 il keçib. Hamısı xatirimdədir. O duyğuları, o emosiyaları ekrana gətirmək o qədər həssas, məsuliyyətli bir işdir ki, özüm aktyor olaraq hiss edirdim ki, kameranın qarşısında oyun yoxdur. Çünki o 44 günlük müharibədə oyun yox idi, real həyat idi və bu həyatda yaşayan öz həyatları bahasına bu qələbəni qazanan şəhidlərimiz, qazilərimiz var idi. Və zamanında doğru əmrləri, qərarları verən Ali Baş Komandanımızın düzgün siyasəti var. Harada nə edəcəyini əminliklə bilən cənab Prezidentimiz var. Bu, oyun deyildi. Burada hansısa oyunçuluq texnikasından istifadə etmək olmaz. Burada həqiqət var. Onu bilirəm ki, "44" filminin ərsəyə gəlməsində çox böyük sevinc, məsuliyyət var idi. Rejissordan tutmuş texniki qrupa, aktyorlara kimi hər kəs çəkiliş meydanına sevgi ilə gəlirdi. Bəzən çəkiliş meydanında 44 gün ərzində hiss etdiyim o həyəcan, şövq, qələbə hissini yenidən hiss edirdim”, — Mehriban Zəki bildirib.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər