Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu

Tənqidçilərin bəyənmədiyi qorxu filmi prokatın lideri oldu
13 oktyabr 2026
# 11:01

Cessika Çesteynin baş rolda oynadığı “Other Mommy” qorxu filmi Şimali Amerika kinoprokatında ilk həftəsonunun lideri olub.

Kulis.az xəbər verir ki, “Universal Pictures” şirkətinin təqdim etdiyi ekran əsəri həftəsonu 3365 kinoteatrdan 27,5 milyon dollar gəlir əldə edib.

Filmin büdcəsinin təxminən 19 milyon dollar olduğu bildirilir. Beynəlxalq bazarlardan gələn gəlirlə birlikdə ekran əsərinin ilk həftəsonu üzrə ümumi qazancı 45,2 milyon dollara çatıb.

Filmdə kiçik bir qızın anasının görünüşünü alan, lakin getdikcə təhlükəli varlığa çevrilən fövqəltəbii məxluqdan bəhs olunur. Maraqlıdır ki, kommersiya uğuruna baxmayaraq, film həm tənqidçilərdən, həm də tamaşaçılardan aşağı qiymətlər alıb. Bu nəticə qorxu janrının tamaşaçı cəlb etmək gücünü bir daha gündəmə gətirib.

# 131 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər