Tanınmış aktrisa təyyarənin qapısını açmağa cəhd etdi

Tanınmış aktrisa təyyarənin qapısını açmağa cəhd etdi
13 oktyabr 2026
# 11:30

Dağınıq skleroz xəstəliyindən əziyyət çəkən 54 yaşlı aktrisa Selma Bler Los-Ancelesdən Nyu-Yorka uçan "Delta" aviaşirkətinə məxsus təyyarədə heyətə çətin anlar yaşadıb.

Kulis.az xəbər verir ki, aktrisa uçuş zamanı təyyarənin qapısını açmaq istəyib, daha sonra isə ekipaj üzvlərinə hücum edib.

Selma Bler stüardessalardan birinə zərbə vurub, digərini isə dişləyib.

Təyyarə Con Kennedi adına beynəlxalq hava limanına enəndən sonra polis əməkdaşları aktrisanı qarşılayaraq saxlayıblar.

Daha sonra o, müayinə üçün xəstəxanaya aparılıb.

Stüardessalardan biri isə aldığı xəsarətdən xəstəxanaya yerləşdirilib.

İddialara görə, xəstəxanaya aparılarkən aktrisa Liman İdarəsinin polis əməkdaşlarından birinin başına bir neçə dəfə təpik vurub.

Daha sonra onun tibb bacısına da hücum etdiyi bildirilir.

Selma Blerə polis əməkdaşına və tibb bacısına hücumla bağlı iki ittiham irəli sürülüb.

Federal Təhqiqatlar Bürosu hadisə ilə bağlı araşdırma aparır.

Bu, aktrisanın təyyarə səfəri zamanı yaşadığı ilk insident deyil.

Belə ki, 2016-cı ildə dörd yaşlı oğlu ilə uçarkən emosional sarsıntı keçirən Selma xərəkdə təyyarədən çıxarılmışdı.

Aktrisa həmin vaxt baş verənləri alkoqol və dərmanların birgə təsiri ilə izah etmişdi.

Xatırladaq ki, Selma Blerə 2018-ci ildə "dağınıq skleroz" diaqnozu qoyulub və bu səbəbdən o, karyerasına fasilə vermək məcburiyyətində qalıb.

Xəstəlik sürətlə irəliləyib və bir il sonra aktrisa eksperimental müalicə kök hüceyrə transplantasiyası keçirib.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər