Leysan zamanı binada köməksiz qaldılar - Türkiyəli məşhurlar təxliyyə edildi

Leysan zamanı binada köməksiz qaldılar - Türkiyəli məşhurlar təxliyyə edildi
15 oktyabr 2026
# 15:00

Türkiyənin İstanbul şəhərində güclü leysan nəticəsində Sarıyer Maslak-Ayazağa bölgəsində yerləşən "Phoenix" studiyasını və ətrafını su basıb.

Kulis.az xəbər verir ki, çəkiliş üçün studiyada olan müğənni Murat Boz və aktrisa Demet Özdemir çəkiliş heyəti ilə birlikdə binada köməksiz vəziyyətdə qalıblar.

Elektriklərin kəsildiyi və suyun sürətlə yüksəldiyi anlarda hər iki məşhur sosial şəbəkə hesablarından canlı yayım açaraq fövqəladə yardım çağırışı ediblər.

Əraziyə cəlb olunan xilasetmə və polisin dalğıc qrupları qayıqlar vasitəsilə binaya daxil olaraq Demet Özdemir və Murat Boz da daxil olmaqla bütün heyəti təxliyə ediblər.

Qeyd edək ki, təxliyədən sonra Murat Boz xilasedici komandaya təşəkkürünü bildirib.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər