"Normal People" ("Normal insanlar") və "Conversations With Friends" ("Dostlarla söhbət") kimi bestseller əsərlərin irlandiyalı müəllifi Salli Runi "Palestine Action" təşkilatına verdiyi açıq dəstəyə görə Böyük Britaniyadakı kitab satışlarını dayandırmaq məcburiyyətində qalıb.
Kulis.az xəbər verir ki, Böyük Britaniya hökumətinin sözügedən təşkilatı anti-terror qanunvericiliyi çərçivəsində qadağan etməsindən sonra yazarın nəşriyyatı "Faber" müəllif qonorarının ödənilməsində hüquqi maneələrlə qarşılaşıb.
Yazıçı ilə tam razılıq əsasında qəbul edilən qərara görə, Runinin kitabları Böyük Britaniya ərazisində heç bir formatda satılmayacaq, lakin digər ölkələrdə yayımı davam edəcək.
Salli Runi prinsiplərindən geri çəkilməyəcəyini və bu addımın bütün nəticələrini qəbul etməyə hazır olduğunu deyib.
"Palestine Action" həmtəsisçisi Huda Ammori isə bu vəziyyəti Böyük Britaniyada söz azadlığına qarşı ciddi təzyiq kimi qiymətləndirib.