İbrahim Çingiz: "“44”ə filmdən çox həyat, tarix kimi yanaşıram"

İbrahim Çingiz:  "“44”ə filmdən çox həyat, tarix kimi yanaşıram"
13 oktyabr 2026
# 10:36

“Mən “44”ə filmdən çox həyat, tarix kimi yanaşıram. Azərbaycanımızın, millətin şanlı tarixidir”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu “44” filminin premyerasından əvvəl juralistlərə açıqlamasında filmin baş rol ifaçılarından biri, aktyor İbrahim Çingiz deyib.

“Hər bir azərbaycanlı, təbii, istəyər ki, bu 44 günün bir parçası olsun, mən də oldum. Mən Qarabağa qayğısız bir gənc kimi getdim, amma ordan xeyli müdrikləşmiş insan kimi qayıtdım. Mənim üçün çox böyük əhəmiyyəti var bu filmin. Tamaşaçı izləyib bunu başa düşəcək”, — o qeyd edib.

# 96 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər