Atatürkün "Nutuk"u 8 xarici dildə nəşr olundu

Atatürkün  "Nutuk"u 8 xarici dildə nəşr olundu
20 oktyabr 2026
# 12:40

Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Mustafa Kamal Atatürkün İstiqlal müharibəsi və Cümhuriyyətin qurulma prosesindən bəhs edən "Nutuk" əsərini 8 xarici dildə xüsusi nəşrlərlə oxuculara təqdim edib.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində əsər eyni zamanda görmə və eşitmə qabilliyəti məhdud olan şəxslər üçün "Braill" əlifbası, səsli yazılar və jest dili formatında əlçatan edilib.

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy tərəfindən təqdim olunan layihəyə əsasən, əsər ingilis, alman, fransız, qazax, rus, urdu, fars və türkmən dillərində çap olunub.

Bundan əlavə, istifadəyə verilən platforma vasitəsilə əsərin orijinal və müasir türk dilindəki mətnləri, interaktiv xəritələr və arxiv sənədləri rəqəmsal mühitə köçürülüb.

Qeyd edək ki, layihənin "Nutuk"un oxunmasının 100-cü ildönümü olan 2027-ci ildə də konfranslar, mobil tətbiq və metavers sərgiləri ilə davam etdirilməsi planlaşdırılır.

# 152 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər