"Sotheby's" hərrac evi Vinsent van Qoq, Pol Sezann və Klod Monenin 50 ildən artıqdır görünməyən 12 nadir tablosunu satışa çıxaracaq.
Kulis.az xəbər verir ki, noyabrın 18-də Nyu-Yorkda keçiriləcək hərracdan 450 milyon dollar gəlir gözlənilir.
Kolleksiyanın ən baha əsəri Van Qoqun ölümündən az əvvəl çəkdiyi və 180 milyon dollar dəyərində qiymətləndirilən "Çiçəkləyən şabalıd ağacları" tablosudur.
Sezannın şəxsi kolleksiyada qalan sonuncu "Arlekin" əsərinin isə 120 milyon dollara satılaraq rəssamın yeni rekordunu vuracağı gözlənilir.
Qeyd edək ki, əsərlər 1970-ci illərdən bəri argentinalı kolleksionerlər tərəfindən saxlanılırdı.
Media
-
Ana səhifə
- Media