Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi
1 oktyabr 2026
# 16:14

Gələn il Gürcüstanın dövlət büdcəsindən Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan vəsait artırılacaq.

APA-nın yerli bürosunun məlumatına görə, Gürcüstanın 2027-cı il üçün dövlət büdcəsinin ilkin layihəsinə əsasən, növbəti ildə muzeyə 84 min lari (təqribən 55 min AZN), teatra isə 422,2 min lari (276 min AZN) həcmində vəsait ayrılacaq.

Muzey və teatr üçün nəzərdə tutulan dövlət vəsaiti illik müqayisədə müvafiq olaraq 6 min lari və 45,2 min lari çoxdur.

Muzey vəsaitin 54 min larisini əməkhaqlarının ödənilməsinə sərf edəcək, 30 min larini isə qanunla icazə verilən xidmətlər əsasında əldə edə biləcək.

Teatr isə vəsaitin 390,4 min larisini maaşların ödənilməsinə yönəldəcək, qanunvericilik çərçivəsində xidmətlər əsasında 30,8 min lari həcmində gəlir əldə etmək hüququna malik olacaq. Digər xərclər üçün isə min lari məbləğində vəsaitin ayrılması nəzərə tutulub.

Qeyd edək ki, qanun layihəsi artıq Gürcüstan parlamentinə daxil olub.

# 93 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə

Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə

16:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər