Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə

Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə
1 oktyabr 2026
# 16:00

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun 80 illik yubileyi münasibətilə həyat yolundan və elmi fəaliyyətindən bəhs edən elektron məlumat bazası hazırlanıb.

Kulis.az xəbər verir ki, “Əməkdar elm xadimi, professor Misir Mərdanov – 80” adlı elektron məlumat bazasının “Rəsmi sənədlər”, “Mükafatları”, “Xronologiya”, “Həyat və yaradıcılığı”, “Görkəmli şəxslərin söylədikləri” kimi bölmələr vasitəsilə alimin həyat yolunun müxtəlif mərhələləri, elmi fəaliyyəti və Azərbaycan elm və təhsilinə verdiyi töhfələr haqqında məlumat əldə etmək mümkündür.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Əməkdar elm xadimi, professor Qəzənfər Paşayevin “İbrətamiz və bənzərsiz kitab”, akademik Nizami Cəfərovun “Zəfər yollarında”, akademik Fikrət Əliyevin və professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun “Qərbi Azərbaycan tarıxçiliyinə böyük töhfə”, filologiya elmləri doktoru, professor Həbib Zərbəliyevin “Müdriklik zirvəsinə aparan çətin yolun yolçusu”, Fərrux Rüstəmovun “Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı - Misir Mərdanov-80”, Beynəlxalq Ekoenergetika Akademiyası Tibbi biologiya və ekologiya kafedrasının elmi katibi, Əməkdar müəllim Zülfiyyə Vəliyevanın “Elm, təhsil və ziyalılıq yolunda: Misir Mərdanov - 80” kimi məqalələrin tam mətni yer alıb.

Elektron bazada görkəmli alimin bir sıra dillərdə çap edilən müəllifi, redaktoru, məsləhətçisi olduğu, “Ön söz” yazdığı nəşrlərin, dövri mətbuat nümunələrinin siyahısı ilə yanaşı, müsahibələri, dissertasiyaları və izomaterialları da yer alır. Həmçinin bazada Misir Mərdanovun müxtəlif illərdə nəşr olunmuş “Bakı Dövlət Universiteti”, “Zəfərə aparan yol”, “Azərbaycan təhsil tarixi”, “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” kimi fundamental nəşrləri haqqında biblioqrafik məlumatlar da təqdim olunub.

Elektron resursda professor Misir Mərdanovun fəaliyyətinin dövlət tərəfindən yüksək qiymətləndirilməsini əks etdirən məlumatlar da yer alır. O, 2000-ci ildə “Əməkdar elm xadimi” fəxri adına, 2006-cı ildə “Şöhrət” ordeninə, 2011-ci ildə “Dağıstan Respublikasının Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 2021-ci ildə isə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Elektron məlumat bazasında “Elektron resurslar”, “Virtual sərgi” “Foto və videoqalereya” kimi bölmələr istifadəçilərə alimin fəaliyyəti və irsi ilə yalnız mətn vasitəsilə deyil, həm də vizual və elektron materiallar əsasında tanış olmaq imkanı verir.

# 95 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər