Milli Kitabxanada Zəngilan Şəhəri Gününə həsr olunmuş sərgi açıldı

Milli Kitabxanada Zəngilan Şəhəri Gününə  həsr olunmuş sərgi açıldı
20 oktyabr 2026
# 18:30

Bu gün Zəngilan Şəhəri Günüdür. Bu əlamətdar gün münasibətilə Milli Kitabxanada “20 Oktyabr – Zəngilan Şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgiləri istifadəçilərə təqdim olunub.

Kitabxanadan kulis.az-a bildirilib ki, sərgilərdə Zəngilan şəhərinin tarixi, toponimləri və tarixi əhəmiyyət daşıyan qədim maddi-mədəniyyət abidələri haqqında, eləcə də Vətən müharibəsi, şanlı Qələbə, tarix yazan qəhrəmanlar, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərin, şəhidlərin döyüş yolu barədə Azərbaycan və xarici dillərdə nəşr olunmuş ədəbiyyatlar nümayiş etdirilir.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər