Qədim yaşayış məskənində mozaika döşəməli tikili tapıldı

Qədim yaşayış məskənində mozaika döşəməli tikili tapıldı
20 oktyabr 2026
# 19:00

Türkiyənin Kayseri şəhərindəki Kültəpə qədim yaşayış məskənində aparılan arxeoloji qazıntılar zamanı 1948-ci ildən bəri ilk dəfə Ellinizm Dövrünə (e.ə. 323–30) aid mozaika döşəməli tikili aşkar edilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Ankara Universiteti və Cənubi Koreya Milli Mədəni İrs Tədqiqat İnstitutunun birgə əməkdaşlığı ilə həyata keçirilən tədqiqatlarda eyni zamanda 4 fərqli mədəniyyət təbəqəsi müəyyən olunub.

Professor Fikri Kulakoğlun rəhbərliyi ilə tapılan mozaika xırda çay daşları və keramikadan hazırlanıb.

Qeyd edək ki, UNESCO-nun Dünya Yaddaşı Reyestrinə daxil edilən 23 min 500-dən çox mixi yazılı gil lövhəsi ilə tanınan Kültəpədəki bu yeni kəşf, ərazinin indiyədək az araşdırılmış Ellinizm dövrünün xronologiyasına və memarlıq texnikasına işıq tutacaq.

# 101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər