Türkiyə Bakırköy Respublika Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik istintaqında yeni nəticələr açıqlanıb.
Kulis.az xəbər verir ki, istintaq çərçivəsində aktrisa Afra Saraçoğlu və aktyor Aras Bulut İynemlinin narkotik testlərinin nəticələri məlum olub.
Belə ki, Afra Saraçoğlunun saç nümunəsində kokainin təsiredici maddəsinin aşkarlandığı bildirilib.
Aras Bulut İynemlinin qan, sidik və saç nümunələri üzrə testlərinin nəticəsi isə mənfi olub.