Putini lağa qoyan pyes cəza aldı - QADAĞA

Putini lağa qoyan pyes cəza aldı - QADAĞA
24 may 2011
# 15:41
Mayın 25-də Rostov şəhərində müasir dramaturgiya festivalı başlayır.

Amma artıq başlanmamış festival ətrafında qalmaqal yaranıb.

Rusiyanın baş naziri Vladimir Putin haqqında satirik monotamaşanın festivalda göstərilməsi baş tutmayacaq.

Tamaşanın müəllifi tanınmış bloqçu Vladimir Qolışevdir.

O, «Пребиотики» adlanan monotamaşanı ТЮЗ (Gənc Tamaşaçılar Teatrının) səhnəsindən oxumağı planlaşdırırdı.

Amma teatr rəhbərliyi ona “yox” cavabı verib.

Monotamaşa Putinin öz yaxın ətrafı ilə münasibətləri haqdadır. Əsərdən bir parça:

\"Tver vilayəti. Seliger gölü. Hökumətyönlü gənclər təşkilatları fəallarının düşərgəsi...

Baş nazirlə görüşün qızğın vaxtı...

İridöşlü bir qız
(ucadan):

- ...Vladimir Vladimiroviç! Bizə ilk sevginiz haqqında danışın!

Pauza. Hamı dinməzcə sualın cavabını gözləyir.

Putin:

- Sizi mənim ilk dəfə nə vaxt sekslə məşğul olduğum maraqlandırır?

Gülüş. Hamı maraq içindədir.

Putin:

- Qızla?

Daha bir gülüşmə. Pauza. Ölü sükut – hamı gərginlik içində baş nazirin cavabını gözləyir.

Putin: (məzələnir)

- Onu görməyəcəksiz.

Hamı məyusluqla köks ötürür.

Putin:

- Belə deyək də... yadımda deyil. Amma sonuncu dəfə nə vaxt sekslə məşğul olduğum yadımdadır.

Publika yenə sükuta qərq olub. Putin mənalı-mənalı gülümsəyir.

- Bu.... belə deyək də... bu yaxınlarda olub...\"

ТЮЗ-un direktor əvəzi Aleksandr Bliznyuk “Nezavisimaya qazeta”ya deyib:

“Pyesin bircə səhifəsini oxuyan kimi bunun nə olduğunu anlamaq mümkündür. Hətta indiki demokratiya şəraitində də hansısa ədəb çərçivələri olmalıdır”.

Qolışev tanınmış siyasi texnoloq Qleb Pavlovskinin «Эффективная политика» fondunun keçmiş əməkdaşıdır.


Azadlıq Radiosu
# 2426 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər