Pol Eşnoz Azərbaycan dilində

Pol Eşnoz Azərbaycan dilində
15 sentyabr 2011
# 12:15
Fransız yazıçı Jan Eşnozun “Royal arxasında” romanı azərbaycan dilində çap olunub

Romanı fransız dilindən Cavanşir Yusifli tərcümə edib.
2003-cü ildə işıq üzü görən “Royal arxasında” romanı oxucu və tənqidçilərin böyük rəğbətini qazanıb.

Əsərin baş qəhrəmanı, istedadlı pianoçu özünü büsbütün musiqiyə həsr edir və məşhurlaşır. Bir gün öz uğurlarının köləsinə çevrildiyini anlasa da, artıq nəyisə dəyişmək əlində deyil. Elə bu aralarda faciəli şəkildə həlak olur.

Ölümdən sonra onun üçün yeni, qəribə həyat başlanır. Eşnozun romanındakı yeraltı dünya nə qədim yunan Aidinə, nə də Dantenin cənnət-cəhənnəminə bənzəyir. Qəhrəmanı acı tale gözləyir: bundan belə o, yenə də mövcudluğunu davam etdirir, lakin nə əvvəlki peşəsi ilə məşğul ola, nə də bundan əvvəl, haçansa sevdiklərini sevə bilər.

Günel ƏSGƏRZADƏ
# 1895 dəfə oxunub

Oxşar xəbərlər

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

"Şura hökümətinə bəslənən ümidlərin boşa çıxması..." - Səməd Vurğun Hüseyn Cavid haqqında nə yazırdı?

17:00 25 sentyabr 2026
Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

Ədəbiyyatın görünən üzü aldadıcıdır – Bir hekayənin arxasındakı ikinci dünya

13:00 24 sentyabr 2026
"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

"Yazıçılar Birliyinin 3000 üzvündən hansı sabun köpüyüdür?" - Azərbaycan ədəbiyyatının ən çox şişirdilmiş əsərləri haqqında

12:00 24 sentyabr 2026
İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

İnsan torpağı itirəndə, əslində, nəyi itirir? - "Torpağın ruhu" haqqında

13:25 23 sentyabr 2026
“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı...  - Müharibə romanları necə olmalıdır?

“Öldür və qoy ölsün” ideologiyasına qarşı “Yaşa və qoy yaşasın” şüarı... - Müharibə romanları necə olmalıdır?

12:00 23 sentyabr 2026
Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi   necə adlandırmışdı?

Alter-eqosu haqqında əsərləri ilə məşhurlaşan yazıçı - Markes yaxın dostu Alvaro Mutisi necə adlandırmışdı?

10:00 22 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər