İnsanlardan qorxuram, ana

İnsanlardan qorxuram, ana
18 may 2017
# 14:17

Bu gün metroda bir anlıq həyatım, yaşadıqlarım film lenti kimi gözlərimin önündən keçdi.

Yaddaşımın küçələrinə düşmüşdüm. Bir əlim cibimdəydi, o birində top tutmuşdum, başımın üstündə günəş, ayaqlarımda sızıltı vardı. Barmaqlarımı üzümdə gəzdirdim. Tük gəlmədi əlimə. Küçənin tinindəki güzgüdə özümü gördüm. Boyum balacalaşmışdı, əynimdə futbolka, ayağımda cırıq ketlər vardı. Uşaqlığım güzgüdəki əksimdə donuq gözlərilə mənə baxırdı. Topu yerə vura-vura dar küçələrdə gözdən itdim. Yaşadığım məhəlləyə gəldim. Uşaqlığım atamın əllərindən tutmuş, bir əlində də dondurma yalayırdı. Bu dəfə üzünə təbəssüm qonmuşdu. Atam saçlarımı oxşayırdı.

Onları izləməyə davam edirdim. Pillələrlə yuxarı qalxırdılar. Uşaqlığımın başını buraxıb, bir az köhnə məhəllədə gəzmək istədim. Damağında qəlyan tüstülədən, qoca, nimdaş geyimli Əhməd kişini gördüm. Qalın, kirli eynəklərinin içindəki gözlərində uzaqların adı yox idi...

Qulağımı itlərin hürüşməsi qıdıqladı. Gözüm təpəliklərdə bir topa itə tuşlandı. Rəngarəng itlər üzümə baxıb hürdülər. Bəlkə də məni salamlayırdılar. Arxadan məhəllədəki Nazlı xalanın səsi gəldi:

- Az, bu Əminəni görürsən da...

- Əşi, fikir vermə!

Xalaların dialoqu uşaqlığımı xatırlatdı. Tez pillələrlə qalxıb, dəhlizdən içəri keçdim. Yay olduğundan qapıları açıq idi. Uşaqlığım anamla mübahisə edirdi:

- Eee, mama, icazə ver də uşaqlarla gedim..

- Olmaz, ay bala, tərlisən...

Atam isə eyvanda siqaret çəkirdi. Yenə gözləri böyük binalarda gəzişirdi, boşluğa baxırdı. Bacım-qardaşım yağlı əppək olub yoxa çıxmışdılar.

Uşaqlığımın içinə girib anama bunları dedim:

bütün insanlardan qorxuram, ana

bütün küçələrdən,

bütün maşınlardan

toqquşacaq kimi keçir gözlərimdən xatirələr...

# 2421 dəfə oxunub

Oxşar xəbərlər

Tənqid darıxan insanın ucuz əyləncəsidir

Tənqid darıxan insanın ucuz əyləncəsidir

12:00 19 aprel 2025
Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

Hardadır o nazirliklər, birliklər, ittifaqlar?

21:00 14 aprel 2025
"Cəmiyyətdə  danabaşlaşma halları çoxalmağa başlayıb"

"Cəmiyyətdə danabaşlaşma halları çoxalmağa başlayıb"

18:15 9 aprel 2025
Allah o qədər bikar deyil

Allah o qədər bikar deyil

17:00 7 aprel 2025
Mehriban Ələkbərzadə nə edib?

Mehriban Ələkbərzadə nə edib?

15:00 7 aprel 2025
Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

12:00 7 aprel 2025
#
#
# # #