İsrafil suru

İsrafil suru
7 yanvar 2016
# 10:32

İsrafil İsrafilovu tanımağımın maraqlı tarixçəsi var, hərçənd buna tam mənada tanımaq da demək olmaz. Bir gün bu haqda geniş yazaram. Qısaca deyim ki, o mənə xaraktercə hədsiz eqoist, özündənrazı təsir bağışlamışdı, yanılmış ola bilərəm.

Hərçənd yanılmasam da, burda qeyri-adi heç nə yoxdur. Amma çox adamdan eşitmişəm ki, o teatr haqqında bizim məmləkətdəki ən bilgili adamlardan biridir. Əgər belədirsə, onun aqibəti yəqin ki, daha faciəvi ola bilərdi, çünki manıslıq mütəşəkkil qaydada qruplaşa bilir.

Nə isə, çox sonralar öyrəndim ki, az qala bütün Azdrama ondan narazıdır, amma hələlik heç kimdən bu narazılığın səbəbləri haqqında dürüst bir cavab eşitməmişəm.

Deyirlər, şişman aktyorlara, aktrisalara deyirmiş ki, arıqlayın, bu görkəmdə siz, məsələn, 20 yaşlı sevgili obrazında ola bilməzsiniz. Belədirsə, yüz faiz yaxşı eləyib!

Deyirmiş ki, çoxlu kitab oxumalısız, bura bekarçılıqdan gəlib laqqırtı vurmaq yeri deyil. Belədirsə, lap düz eləyib!

İndi həmin aktyorlar selfi çəkdirib "bufetin işğaldan azad olması"nı qeyd edirlər. Pah atonnan! Guya İsrafil gedən kimi Azdrama dönüb dünya səviyyəli teatr olacaq?!

Bu adamları yığıb desən ki, axırıncı dəfə hansı çağdaş dramaturqun pyesin oxumusan, gözlərini döyəcəklər. Dünya görüşlərinin son istifadə tarixi keçmiş, pafosları əttökən, xırdaca imkan düşən kimi meymunluq eləməyə meylli bu aktyorlara min İsrafil sur çala, xeyri yoxdur.

İstedadsızlığının ucu-bucağı görünməyən, bütün xalqlar yığışıb Parnas dağında muzalara əl açıb yalvarsa da bəxtinə bir çıqqı da istedad payı düşməyən adamlar artisti adıyla cəmiyyətə sırıyanda başqa necə olmalıydı ki?!

Repertuarınıza üç qaşıq, yox, az oldu, beş qaşıq "pesok" töksünlər!

# 2380 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #