Gülləri zibilə atan müəllimlər

Gülləri zibilə atan müəllimlər
17 sentyabr 2019
# 11:45

Dünən Bilik günü idi. Şəhərin hər bucağında ağ köynəkli, əlində qıp-qırmızı güllər olan uşaqlar görürdük. Kimisi kövrək, kimisi də sevincli idi. Analar, atalar da ürəkli, sevgi dolu.

İlk dərs günüm yadıma düşmüşdü uşaqları görəndə. Mən məktəbə Tiflisdə getmişəm. Qorxaq olduğumdan bacımla bir qoyublar. Ona görə də Tiflis mənim uşaqlıq şəhərimdi. Kimsə o şəhərdən danışanda dilim topuq vurur, həyəcanlanıram. İkinci sinfə qədər orda oxudum. Sonra Bakı, 260 saylı orta məktəb, xatirələr...

Dünənki nostalji, kövrək, bir o qədər də sevincli gündən sonra bu gün sosial şəbəkədə gördüyüm foto məyus elədi məni. Bir topa gül zibil yeşiyində. Necə də kədərli mənzərədir. Elə deyil? Məntiqlə başa düşmək olur ki, o gülləri nə valideynlər, nə də uşaqlar atıb. Bunu yalnız müəllimlərdən gözləmək olar.

Niyə axı?

O uşaqlar, analar, atalar sizə inanır axı...

Güllər zibil yeşiklərinin yeridi?

Güllərin yerinə pul istəyirsiniz?

Ailələr tanıyıram ki, uşaqlarını oxutmaq üçün necə əziyyət çəkirlər. Müəlliminə gül ala bilmək üçün günün altında işləyən, əziyyət çəkən adamlar var. Yaxud qul bazarında yük daşıyaraq övladını oxutmağa çalışan atalar var.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi, ayakta duran insanlar ve açık hava

Ay ümid yerimiz müəllimlər, sizlərdə belə etsəniz, biz kimə ümid olarıq?

Məktəb, müəllim uşaqlarımız üçün ikinci ev deyilmi?

Niyə güllərlə birlikdə bizim də ümidlərimizi zibil yeşiyinə tullayırsınız?

Foto bəlkə də yanlışdır, bilmirəm.

Təki yalan olsun.

Təki sevgilisindən ayrılan qız tullasın gülləri zibilə.

Təki güllər solsun, uşaqlar üzülməsin.

Bölgələrdə, ucqar kəndlərdə dərs deyən fədakar müəllimləri alqışlayıram. Onların necə böyük ürəkləri var ki, bütün çətinliklərə baxmayaraq uşaqların gələcəyi üçün özlərini fəda edirlər. Əlbəttə, müəllimlərin maaşı da azdı, ancaq repetitorluqla da dolanmaq olur.

Zibil yeşiyindəki güllərə and olsun ki, uşaqlar bunun əvəzini sizlərdən çıxacaq!

# 5837 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #