Müəllimə ilə ana uşağın gündəliyində söyüşür

Müəllimə ilə ana uşağın gündəliyində söyüşür
13 iyul 2016
# 12:37

Rayona toya getmişdik. “Toy eşiyində” qalmağa səbrim çatmadı deyə, qohum gəlin məni qonşugilə apardı.

Ailənin bütün üzvləri toy olan evdə idi. Sərin bir otaqda uzanıb axşamın düşməsini gözləyərək mürgüləməli oldum. Yata bilmədiyimi görüb qalxdım. Pəncərədən çölə baxanda qutunun üstündəki uşaq cızma-qarası olan albom diqqətimi çəkdi. Baxıb yerinə qoyanda bekarçılıqdan yanındakı gündəliyi də açıb vərəqləməyə başladım. “5”lər, “4”lər, “3”lər…

Birdən vərəqi çevirəndə “Tom və Ceri”dəki kimi gözümü hədəqədən çıxaran bir yazı gördüm. Yazışmanı bəzi sözləri hərflərin sayı qədər nöqtələrlə əvəz edərək olduğu kimi qeyd edirəm.

Müəllim: Evdə anan səninlə məşğul olsun.

Ana: Az, …ləmə, bəs sən nə üçünsən?

Müəllim: Ağzının danışığını bil, gələrəm səni …….

Ana: Sən … y……n məni …….n.

Müəllim: Özün … y……n.

P.S. Kim, nəyin güzgüsüdür?

# 2736 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
# # #