Deyirlər ki, dekabrın 21-də planetlərin paradı olacaq. Günəşin qarşısı kəsiləcək və bir müddət qaranlıq yaşanacaq. Qorxanları anlayıram.
İstəmirlər qaranlıqda qalsınlar. Amma mənim heç umrumda da deyil.
Əvvəla, ona görə ki, bu boyda dünya qaranlıqda qala bilirsə, mən niyə qalmayım. Sonra da ki, sən olan yerdə nə qaranlıq?
Əslində mənə görə qaranlıq sevginin son həddi üçün nəzərdə tutulmuş zaman formasıdır...
Əgər zaman özü bu formanı bizə təklif edirsə, ondan zövq almağa çalışaq...
Təsəvvür elə ki, planetlər yığışıb öz qiblələrinin-Günəşin qarşısında sıraya duracaqlar. Bu, planetlərin günəşə ehtiraslarının ən nizamlı ifadəsi olacaq... Bilirəm, istənilən ehtiras həm də dağıdıcı olur əlbəttə... Əgər yer, bu orqazma dözməyəcəksə, olsun. Oturub bunun dərdini çəkməyə dəyərmi? Məncə yox...
Mən günəş sistemində ən ecazkar hadisəni-planetlərin paradını sənin ayaqların altına atıram. Çıx onların üstünə, birindən digərinə hopbana- hopbana gəl, gedək qaranlığımızı dəyərləndirməyə...
Günəş sönəndə də sönməmək lazım...
www.facebook.com/ilqar.rasul
Sən olan yerdə
Oxşar xəbərlər

Pampers dərdi və bərbər
10:00
14 iyun 2025

İsmayıl qurbanı əhvalatının müasir versiyası
12:00
6 iyun 2025

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?
12:00
2 iyun 2025

Röyanın Kannda nə işi var?
14:30
24 may 2025

Kütlə həmişə kütdür
12:00
11 may 2025

Messi, Ronaldo, yoxsa Lamin Yamal...
10:59
7 may 2025