Kanalizasiya mədəniyyəti

Kanalizasiya mədəniyyəti
23 iyul 2014
# 12:01

Hər gün işə gələndə yol boyu kanalizasiya lyuklarını sayıram. Təxminən 5 dəqiqəlik piyada getdiyim yolda 50-dən çox lyuk var. Onlardan mütləq 10-u aşıb-daşır, yolu çirkli, natəmiz su basır. Və mən az qala ayaqlarımın ucunda gölməçələri keçirəm, maşın gələndə tez kənara sıçrayıram. Ki, maşın çirkli gölməçələrdən keçəndə su damcıları mənə dəyməsin.

Hətta kimsə bir lyukun üstünü qalın palto ilə bağlayıb ki, camaatın nəcisi-sidiyi yola tökülməsin.

Ara-sıra şəhərin mərkəzi küçələrində də kanalizasiya daşmalarına rastlayıram. Məsələn, Səməd Vurğun bağı ilə paralel küçədə, Nizami metrosundan Milli Dram Teatrına gedən istiqamətdə....

...Bir dəfə kanalizasiyanı təmir edən fəhlələr lyukun içindən paltar çıxarmışdılar.

Qadın var ki, paketləri bürmələyib, ya da kartofu soyub, qabıqlarını zibil yeşiyinə yox, unitaza atır.

Azərbaycanlıların XXI əsrdə unitazlara niyə əsgi-üsgü atmasını, donun lyukun içinə necə gedib çıxmasını və ümumiyyətlə, günü-gündən çiçəklənən Bakıda nədən kanalizasiya probleminin olmasını hələ də anlaya bilmirəm.

Bizim zir-zibilləri, bədənimizdən ifraz olunan maddələri komplekssiz-filansız küçəyə tullamağımız, axan kanalizasiyalara rahat baxmağımız məncə, ciddi sosioloji-kulturoloji araşdırma predmetidir.

Zibildən söz düşmüşkən, sırağagün 30 saylı avtobusda orta yaşlı qadın boş su butulkasını pəncərədən tulladı.

Sürücü “Xətai” metrosunun qarşısındakı dayanacaqda avtobusu saxladı. Ayaqları altında diyirlənən butulkanı qapıdan dayanacağa sarı tolazladı.

Avtobusdan endim, qarşımda 5 yaşlı uşaq və ana gedirdi. Uşaq bananın qabığını soyub yerə atdı. Anası laqeydliklə baxdı, heç tükü də tərpənmədi.

Hər gün küçədə aldığım travmaları neytrallaşdırmaq üçün, gözlərimi yumub özümü ruhlandırmağa çalışıram. Tez-tez özümə pıçıldayıram: “Azərbaycan dünyanın ən qədim, ən mədəni ölkələrindən biri, ən qədim, ən zəngin sivilizasiyanın mərkəzidir”.

# 3649 dəfə oxunub

Oxşar xəbərlər

Türkləri və yəhudləri qıranlar kimlərdir?

Türkləri və yəhudləri qıranlar kimlərdir?

15:00 2 avqust 2025
Məhşərdə cavab verməyə kimin üzü var?

Məhşərdə cavab verməyə kimin üzü var?

09:00 9 iyul 2025
Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır

12:00 4 iyul 2025
İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər