Şərif Ağayar: Aldığım mükafat barədə

Şərif Ağayar: Aldığım mükafat barədə
17 mart 2015
# 14:45

Bir aydınlatma

Tərcümə Mərkəzinin bu gün nəticələri elan olunan müsabiqədə orijinaldan tərcümə üçün birinci, ikinci dildən tərcümə üçün ikinci, türkcədən çevirmə üçün üçüncü mükafat təsis olunub. Yəni, mən türk dilindən çevirənlərdən seçilmişəm, bu üçüncü yer yox, üçüncü mükafatdır və təbii ki, ədalətlilik baxımından dəqiq qərardır.

Birinci yerə gənc bir tələbənin çıxması çox sevindiricidir.

Və bu tələbənin Nazirlər Kabinetində yüksək vəzifə tutan Akif Əlidən və az-çox tanınan bəndənizdən daha üstün mükafat alması ikiqat sevindirici və ümidvericidir.

Təbii ki, pula görə birinci mükafatı arzulaya bilərdim, amma mənəvi baxımdan ingiliscədən olunan tərcümə ilə bəhs etmirəm.

Bir də ki, bu mükafatı Səbahattin Alinin hekayəsinə görə (“Asfalt yol”) aldığım üçün ayrıca sevinirəm.

Azərbaycanda “Xəz paltolu madonna” romanı ilə tanınan bu gözəl yazıçının əla hekayələri də var və həyatı çox məşəqqətli olub. Bizim Rafiq Tağı kimi qətlə yetirilib, qatili tapılmayıb.

Nazim Hikmət onun qətlindən sonra ehtiyat edərək Türkiyəni tərk etmək qərarı verib.

Səbahattin Alinin hekayələr kitabını çevirirəm.

Yəqin ki, hardasa nəşr etdirəcəyəm...

Hamınıza uğurlar!

Tərcümə Mərkəzinə, Münsuflər heyətinə və məni təbrik edən bütün dostlara təşəkkürümü bildirirəm!

# 2048 dəfə oxunub

Oxşar xəbərlər

İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

Tənqidçi sadə söz adamıdır, başqa heç nə...

11:00 27 aprel 2025
#
#
# # #