Arvadının sevgilisini zorlayan ər

Arvadının sevgilisini zorlayan ər
13 dekabr 2019
# 13:50

Absurd içində yaşadığımız danılmazdır. Hər gün qeyri-adi hadisələr eşidirik. Bacısının qulağını kəsən, anasını məşuqəsilə tutub yandıran, yuxuda arvadının xəyanət etdiyini görüb onu öldürən və daha nələr, nələr...

Son xəbər isə məni əməlli-başlı şoka saldı. Aldadılan ər evə gəlir və arvadını başqa bir kişi ilə yaxalayır. Bu zaman ər arvadının məşuqunu zorlayır. O an insan belə bir şeyi necə düşünə bilər? Haradan ağlına gələ bilər? Dəhşətli situasiyadır. Mənzərəni xəyalıma gətirdikcə gülümsəyirəm. Hadisədən sonra da cənab məşuq cinsi təzyiqə məruz qaldığına görə polisə şikayət edib. Absurdistan buna deyərəm.

Bu cür hadisələr argentinalı rejissor Damian Sifronun “Vəhşi əhvalatlar” filmini yadıma saldı. Filmdə qısa hekayələr ekranlaşdırılıb. Rejissor müasir insanın necə vəhşiləşməsini, necə qeyri-adi bir varlıqlara çevrildiyini bizlərə göstərir. Bir hekayədə toy görürük. Bəylə gəlin çox xoşbəxtdir. Ancaq bu sevinc uzun çəkmir. Gəlin bəy tərəfindən aldadıldığını öyrənir. Və elə həmin saat da intiqamını alır. Ofisiantla binanın damında sevişir. Bəy bu mənzərəni görür və şoka düşür. Gəlin intiqamını almış olur. Bu cür absurd, inanılmaz hekayələrlə dolu filmdir. Türklərin də bu filmdən təsirlənən “Əcaib hekayələr” serialı var.

Qayıdaq Binəqədidəki hadisəyə. Aldadılmış və alçaldılmış iki şəxs. Biri arvadı tərəfindən aldadıldı, digəri isə zorlandı. Müasir, post-modern bir hadisə? Nə deyim, bilmirəm. Azərbaycanda bu qəbildən baş verən hadisələri filmə çəkən olsa, dünyanı fəth edər. Ssenariyə, rejissor əməyinə ehtiyac yoxdur; Sadəcə kameranı götür, qəti əlavə etmədən olanları səhnələşdir.

Yəqin ki, bundan sonra gözümüz kəlləmizə çıxacaq əcaib hadisələr çox eşidəcəyik. Axı müasir zamandı. Axı müasir insanı tanımaq çox çətindi.

# 6104 dəfə oxunub

Oxşar xəbərlər

İsanın möcüzəsi

İsanın möcüzəsi

12:00 26 iyun 2025
16 yaşlı qızı qaçıran axund kimə güvənir?

16 yaşlı qızı qaçıran axund kimə güvənir?

12:37 21 iyun 2025
Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
#
#
# # #