11 yaşlı qızdan nə istədiniz?

İmişlidə 11 yaşlı qız zorlandı

İmişlidə 11 yaşlı qız zorlandı

1 noyabr 2021
# 10:36

Qəsəbələrin birində bir qıza dəfələrlə təcavüz edirlər, onu həyatdan bezdirirlər.

Heç kim zorlayanların gücündən qorxduğu üçün bu məsələni açıb-ağartmır.

Nəhayət, “od olmayan yerdən tüstü qalxır” və söhbət hərlənib-fırlanıb məhkəməyə qədər çıxır.

Məhkəmə zorlayanlara bəraət qazandırır. Cinayət işləmiş adamlar əllərini-qollarını sallaya-sallaya azadlığa çıxırlar.

O qızın yaşadıqları, faciəsi isə heç kimə lazım olmur.

Və hamı bu dəhşətli hadisəni unudur.

Sanki qəsəbə alzeymer xəstəliyinə tutulmuşdu.

İllər sonra bir adam çıxır səhnəyə.

O, məhkəmədə, dəftərxanada işləyirmiş. Bu hadisədən sonra istefaya çıxıbmış.

Zorlanan azyaşlı qızın dəftəri əlinə keçir.

Sonra kişi qarşısını ala bilməyəcəyi bir xəstəliklə üzləşir: alzeymer olur.

Hər şeyi unudacaqsan!

Yaşadığın gözəlliyi və faciəni!

Hər şeyi!

Lakin yaşlı kişi bircə şeyi unutmamaq üçün mübarizə aparır: həmin qəsəbədə baş verən o iyrənc hadisəni.

Və qərara alır ki, o qızın intiqamını alacaq.

O zorlanma işində kim günahkardırsa, onu öldürəcək.

Qəsəbənin unutduğu o dəhşəti alzeymer xəstəsi kişi onlara xatırladır.

Həmin hadisəni törədənləri öldürməklə.

Və hər öldürdüyü qurbanın alnına qızın gündəlikdə yazdıqlarını qeyd edir: “Hamısı ölsün istədim”, “Məni heç kim anlamadı”, “Çox qorxdum” və s.

Balaca bir qızın yaşadığı və hamının göz yumduğu hadisəni alzeymer xəstəsi olan kişi yada salır, cinayət törədən hər kəsi cəzalandırır.

Sizə danışdıqlarım bir serialdan idi...

Bu günlərdə İmişlidə baş verən və hamımızı şoka salan hadisə isə gerçəkdir.

11 yaşlı qıza öz atalığının təcavüz etməsi və nəticədə, qızın hamilə qalması.

Burda da cinayət ört-basdır edilib.

Dəfələrlə təcavüz halları olsa da, deyilməyib.

Axırda, nənəsi uşağı xəstəxanaya aparanda bütün dolaşıq iplər açılmağa başlayıb.

Nə istədiniz o uşaqdan?

Onun günahı nəydi?

İndi o cinayəti törədənlərə nə edək?

Ədalət hardadı?

# 24931 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
#
#
# # #