Yılmaz Güney yolu

Yılmaz Güney yolu
12 iyul 2011
# 14:13
Anar mətbuata verdiyi son müsahibəsində deyir: “O vaxt da Dədə Qorqud haqqında yazmaq asan deyildi. O dastan damğalanmışdı”.

Sual olunur, dövlət sifarişi ilə çəkilən bir filmə ssenari yazmaq nə zamandan çətin olub?

“Dədə Qorqud” dastanı Sovet illərində çap olunub.

Mircəfər Bağırovun bu dastana qarşı mənfi münasibəti olsa da, film çəkiləndə Mircəfərin güllələnməsindən 20 il keçirdi.

Anarın yazdığı ssenari haqda uzun danışmağa dəyməz, hamı filmi görüb.

Və dastanı oxuyanlar filmdə onun ruhundan bircə qətrə də olmadığını bilir.

Asan olmayan filmlər olub, əlbəttə.

Sizə bir filmin tarixini yazacağam.

Filmin adı “Yol”dur, Yılmaz Güney ssenarisini yazıb çəkmişdi.

Torpaqsız bir kürd ailənin uşağı idi Yılmaz.

Adanada doğuldu, böyüdü.

Oxumaq üçün İstanbula gəldi.

24 yaşında həbs edildi, il yarım həbsdə qaldı.

Günahı kommunizm təbliğatı idi.

O illərdə isə Anar türk şairi Ataol Bəhramoğlunun ehtirasla danışdığı marksist fikirlərə güldüyünü sonralar yazacaqdı.

Ataol da marksist olduğu üçün uzun illər Fransada yaşamağa məcbur olmuşdu.

Yılmaz Güney dalbadal filmlər çəkməyə və filmlərdə çəkilməyə davam etdi.

35 yaşında inqilabçılara yardım etdiyi üçün yenidən həbs edildi, üç il həbsdə qaldı.

Həbsxanadan jurnal buraxırdı, hekayələr yazırdı.

Həbsdən çıxandan bir il sonra yenidən həbs edildi, 5 il həbsdə qaldı.

“Yol”un ssenarisini də bu zaman yazdı.

Həbsxanadan birbaşa Fransaya qaçdı.

Amma filmi Türkiyədə çəkilirdi.

Onu bir rejissordan alıb, başqasına verdi.

Texniki işləri isə Fransada özü tamamladı.

Filmdə çəkilmək böyük hünər istəyirdi, dövlətin içəri atdığı bir siyasi məhbusun filmində oynamaq ASAN DEYİLDİ.

Filmin musiqisinin yazan Zülfü Livaneli titrlərində öz adını yazdırmaq istəyirdi, lakin dostları ona mane oldular.

Bu Zülfü Livaneli evdə otura-otura təyyarə qaçırtmaq “cinayət”indən məhkəmə qarşısına çıxarılmışdı.

Əsasən solçu aktyorların oynadığı filmin baş roluna Tarık Akan sahib çıxdı.

Film Türkiyənin o dövrlərdə xəyal edə biləcəyi bir mükafatı - “Kann” mükafatını aldı.

Asan olmayan film belə olur...
# 1943 dəfə oxunub

Oxşar xəbərlər

Pampers dərdi və bərbər

Pampers dərdi və bərbər

10:00 14 iyun 2025
İsmayıl qurbanı əhvalatının müasir versiyası

İsmayıl qurbanı əhvalatının müasir versiyası

12:00 6 iyun 2025
Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

Bu nə iş idi başıma gətirdin, mələk oğlum?

12:00 2 iyun 2025
Röyanın Kannda nə işi var?

Röyanın Kannda nə işi var?

14:30 24 may 2025
Kütlə həmişə kütdür

Kütlə həmişə kütdür

12:00 11 may 2025
Messi, Ronaldo, yoxsa Lamin Yamal...

Messi, Ronaldo, yoxsa Lamin Yamal...

10:59 7 may 2025
#
#
# # #