Sabir Rüstəmxanlının yubileyinə yeni tamaşa hazırlanır

Sabir Rüstəmxanlının yubileyinə yeni tamaşa hazırlanır
10 iyul 2026
# 14:54

Sumqayıt Dövlət Dram Teatrında Xalq şairi, "Şöhrət" və "Şərəf" ordenli görkəmli ictimai xadim Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə dövlət sifarişi əsasında yazıçının "Sürgün sevgi" əsəri əsasında eyniadlı iki hissəli milli faciə janrında yeni tamaşa hazırlanır.

Kulis.az xəbər verir ki, səhnə əsərinin bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev, quruluşçu rəssamı Osman Salmanov, tərtibatçı rəssamı Nizami Dadaşev, plastik hərəkətlər və rəqslər üzrə quruluşçu Kamil Ağazadə, videoqrafı isə Rais Bəhramidir.

"Sürgün sevgi" XX əsrin müxtəlif tarixi mərhələlərində Azərbaycan xalqının üzləşdiyi ağır sınaqlardan bəhs edir. Tamaşada 1930–1940-cı illərin repressiyaları, 20 Yanvar faciəsi, 1987–1993-cü illərdə ölkədə hökm sürən ictimai-siyasi gərginlik, xaos, vətəndaş qarşıdurması və həmin dövrün ağır ictimai reallıqları bədii müstəvidə əks olunur. Səhnə əsərində eyni zamanda 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı, ölkədə vətəndaş qarşıdurmasının qarşısının alınması, dövlətçiliyin qorunması istiqamətində atdığı addımlar, eləcə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan və çətin dövrlərdə xalqın yanında olan ziyalıların fəaliyyəti bədii şəkildə təqdim edilir.

Tamaşada Xalq artisti Valeh Kərimov, Əməkdar artistlər Rauf Ağakişiyev, Xatirə Süleymanova, Cəlal Məmmədov, Elmira Kərimova, Fəranə Musayeva, İlahə Səfərova, Vidadi Məmmədov, Sədaqət Nuriyeva, aktyorlar Vəfa Qurbanova, Rövşən Əsgərov, Elay Xasıyev, Məryəm Hüseynli, Əjdər Zeynalov, Habil Xanlarov, Mətanət Əmrullayeva, Yeganə Məmmədvəliyeva, Emil Həmidov, Günəş Bağırova, Cavanşir Eyyubzadə, Şəms Abdullayeva, Elmir Mehdiyev, Mətləb Səfərli, İlham Səfərli, Dağlar Rüstəmov, Şəhla Məmmədova, Akif Mirzəyev, Rövşad İlyasov, Siyavuş Mahmudov və Kamran Muradlı müxtəlif obrazları canlandırırlar.

"Sürgün sevgi" tamaşasının növbəti teatr mövsümündə Sumqayıt Dövlət Dram Teatrının səhnəsində teatrsevərlərə təqdim olunması planlaşdırılır.

# 89 dəfə oxunub

Oxşar xəbərlər

Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində premyera

Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində premyera

15:00 6 iyul 2026
“Pişiyin evi”  tamaşasının məşqlərinə başlanıldı

“Pişiyin evi” tamaşasının məşqlərinə başlanıldı

13:00 6 iyul 2026
Çingiz Ələsgərli:  "50 il işləmişəm, heç bir fəxri adım yoxdur..." - Müsahibə

Çingiz Ələsgərli: "50 il işləmişəm, heç bir fəxri adım yoxdur..." - Müsahibə

12:00 6 iyul 2026
İkinci Opera Günləri "Otello"nun premyerası ilə yekunlaşdı

İkinci Opera Günləri "Otello"nun premyerası ilə yekunlaşdı

16:33 1 iyul 2026
Milli Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası: “Hacı Qara”

Milli Gənc Tamaşaçılar Teatrında mövsümün son premyerası: “Hacı Qara”

14:04 29 iyun 2026
“Hacı Qara”  tamaşasının premyerası olacaq

“Hacı Qara” tamaşasının premyerası olacaq

13:00 25 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər