88 yaşlı Entoni Hopkins albom buraxdı

Entoni Hopkins, aktyor

Entoni Hopkins, aktyor

10 iyul 2026
# 12:30

Öz nəslinin ən böyük aktyorlarından biri, "Fil adam", "Quzuların səssizliyi" və "Ata" kimi şedevrlərin ulduzu, ikiqat "Oskar" mükafatçısı Entoni Hopkins 88 yaşında karyerasında gözlənilməz addım atıb.

Kulis.az xəbər verir ki, rəssamlıqla da məşğul olan sənətçi son 60 ildə bəstələdiyi orkestr əsərlərindən ibarət albom buraxmaq üçün "Decca Classics" şirkəti ilə rəsmi müqavilə imzalayıb.

Avqustun 21-də işıq üzü görəcək və "Life Is a Dream" (Həyat bir yuxudur) adlanacaq albomun dirijoru məşhur Qustavo Dudamel olacaq. Əsərləri isə Böyük Britaniyanın nüfuzlu Filarmoniya Orkestri səsləndirəcək.

"Musiqi mənim ilk arzum idi..."

Musiqinin onun həyatındakı yerindən danışan Hopkins açıqlamasında duyğularını belə ifadə edib:

"Musiqi mənim ilk arzum, ilk diləyim idi. Həyatım boyu musiqi bəstələmişəm. Bu əsərlərdən bəziləri onilliklərdir mənimlə yaşayır və mən hələ də onlara qayıdıram".

Albom bu gün yayımlanan "Bracken Road" adlı ilk sinqlı ilə ictimaiyyətə elan edilib. Şirkət nümayəndələrinin sözlərinə görə, aktyorun Cənubi Uelsdəki uşaqlıq xatirələrindən ilhamlanan bu əsər 1940-cı illərdə onun ailə evini əhatə edən küçələrin, çəmənliklərin və dağların nostaljik musiqi portretidir.

Alboma ənənəvi Uels motivlərindən bəhrələnən "My Fatherland" (Mənim vətənim) əsəri ilə yanaşı, kinodan, həyat yoldaşından və qardaşıoğlundan ilhamlanaraq yazdığı bəstələr də daxildir.

‘Life Is a Dream’

Ustadlarla tarixi əməkdaşlıq

Yeni layihəsini ömür boyu unudulmayacaq bir şərəf adlandıran aktyor komandasına xüsusi təşəkkür edib:

"Peşəkar Filarmoniya Orkestri, violonçel ifaçısı Qreqorio Nieto və klassik pianoçu Serxio Tiempo ilə işləmək əsl imtiyaz idi. Ən dərin hörmətlərimimi isə sənəti bu musiqi səyahətinin ayrılmaz hissəsi olan dirijor Qustavo Dudamelə çatdırıram. O, zərif ustalığı ilə hər nota dərin məna qatdı, dinləyicini xəyal qurmağa dəvət edən unikal mənzərə yaratdı".

Şirkət rəhbəri Laura Monks isə bildirib ki, Entoni Hopkinsin onların ailəsinə qatılması böyük hadisədir. O, bu bəstələrin Londondakı səs yazma prosesində canlanmasını izləməyin həyatda bir dəfə yaşana biləcək bənzərsiz bir təcrübə olduğunu vurğulayıb.

Musiqiyə həsr olunan ömür

Dörd yaşından piano çalan və bu sahədə özü-özünü kəşf edən bəstəkar üçün bu, musiqi sahəsində ilk addım deyil. Məşhur niderlandlı skripkaçı Andre Ryo 2011-ci ildə Hopkinsin hələ 1964-cü ildə bəstələdiyi valsı öz albomuna daxil etmişdi.

2012-ci ildə aktyor "Composer" adlı albom buraxmış, elə həmin il klassik musiqi ulduzları Qaret Maloun və Nikola Benedetti ilə birgə layihəsinə görə "İlin Albomu" nominasiyasında "Classic Brit" mükafatına layiq görülmüşdü. Onun böyük səhnədəki ilk canlı musiqi performansı isə 2025-ci ildə Səudiyyə Ərəbistanında Britaniya Kral Filarmoniya Orkestrinin müşayiəti ilə baş tutmuşdu.

# 419 dəfə oxunub

Oxşar xəbərlər

"Hər birimizin içində  bir Robinzon Kruzo yaşayır..." - Müasir ingilis filosofdan aforizmlər

"Hər birimizin içində bir Robinzon Kruzo yaşayır..." - Müasir ingilis filosofdan aforizmlər

17:50 19 avqust 2026
“Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb" - Nazirlikdən açıqlama

“Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb" - Nazirlikdən açıqlama

16:50 19 avqust 2026
“DokuBaku 2026”: Beynəlxalq Sənədli Film Festivalında 54 film təqdim olunacaq

“DokuBaku 2026”: Beynəlxalq Sənədli Film Festivalında 54 film təqdim olunacaq

16:00 19 avqust 2026
Milli Kitabxanada Xan Şuşinskinin yubileyinə həsr olunmuş kitab sərgisi

Milli Kitabxanada Xan Şuşinskinin yubileyinə həsr olunmuş kitab sərgisi

15:30 19 avqust 2026
Tanınmış aktrisa vəfat etdi

Tanınmış aktrisa vəfat etdi

14:40 19 avqust 2026
Lorkanın itmiş əsərləri tapıldı

Lorkanın itmiş əsərləri tapıldı

14:20 19 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər