Lənkəran Teatrında yeni tamaşa hazırlanır

Lənkəran Teatrında yeni tamaşa hazırlanır
13 may 2025
# 17:50

Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanıb.

Kulis.az xəbər verir ki, klassik alman ədəbiyyatının zirvəsi sayılan Fridrix Şillerin "Məkr və Məhəbbət" əsəri əsasında hazırlanan yeni səhnə əsəri Azərbaycanın tanınmış teatr rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluşunda təqdim olunacaq.

Tamaşanın quruluşçu rəssamı Fuad Babazadə, Musiqi tərtibatçısı Vüqar Fərəcov, rejissor köməkçisi Nuranə Nəcəfovadır.

Tamaşada xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Miraslan Ağayev, Səyad Əliyev, Elçin Hacıyev, Saleh Əzimzadə,Məleykə Cəfərova, Gülər Kərimli, Ayşən Əsədova, Emil Rzayev, Teymur Hacızadə iştirak edirlər.

“Məkr və Məhəbbət” əsəri Alman romantizminin və "burjua faciəsi" janrının mühüm nümunələrindən biridir. Əsər ilk dəfə 1784-cü ildə səhnəyə qoyulub. Burada sosial riyakarlıqla şəxsiyyət azadlığı, təbəqələşmə ilə insan duyğuları arasında toqquşma mərkəz mövzusudur.

“Məkr və Məhəbbət” əsəri sevgi və cəmiyyətin sərt qanunları arasında qalmış iki gəncin — zadəgan ailəsindən olan Ferdinand və sadə musiqiçinin qızı Luizanın faciəvi məhəbbət hekayəsini nəql edir. Onların saf münasibəti hakimiyyət intriqaları, məkrli planlar və sosial bərabərsizliyin basqısı altında məhv olur. Əsər, məhəbbətin saf və yüksəldici gücünü göstərməklə yanaşı, hakimiyyət və fərdi azadlığın boğulması kimi mövzuları kəskin şəkildə tənqid edir. Şiller bu faciə vasitəsilə həm o dövrün ictimai quruluşuna qarşı etirazını bildirir, həm də insan ləyaqətinin müdafiəsini önə çəkir.

Əsər təbii, dramatik dialoqları və kəskin qarşıdurmaları ilə klassik alman dramaturgiyasının zirvələrindən sayılır.

# 3237 dəfə oxunub

Oxşar xəbərlər

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

“Rezo Qabriadze Kukla Teatrı” Bakıda “Alfred və Violetta” tamaşasını təqdim etdi

18:17 3 noyabr 2026
“Balaca səyyah”  premyeraya hazırlaşır

“Balaca səyyah” premyeraya hazırlaşır

16:20 3 noyabr 2026
Gürcüstanlı nazir  Akademik Milli Dram Teatrının qonağı oldu

Gürcüstanlı nazir Akademik Milli Dram Teatrının qonağı oldu

11:36 29 oktyabr 2026
Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

Pantomima Teatrı beynəlxalq festivalda mükafat qazandı

17:00 28 oktyabr 2026
Oktay Mehdiyevin  50 illik yubileyi səhnədə qeyd olundu

Oktay Mehdiyevin 50 illik yubileyi səhnədə qeyd olundu

17:30 19 oktyabr 2026
“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər