Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqləri başladı

Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın oxunuş məşqləri başladı
16 fevral 2026
# 12:30

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Samuel Bekketin “Qodo həsrətində” pyesi əsasında hazırlanan eyniadlı tamaşasının oxunuş məşqlərinə başlanılıb.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Şövqi Hüseynov, səhnə tərtibatı Zaur Abasov, səs rejissoru Zaur Rəşidov, işıq üzrə rəssam Vadim Kuskov, rejissor assistenti Nəsibə Canəliyevadır.

Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Elnur Bəhramxan, aktyorlar Kərəm Hadızadə, Nurlan Süleymanlı, Hüseyn Bayramov, Lalə Qarayeva iştirak edirlər.

“Qodo həsrətində”nin əsas obrazları Vladimir və Estraqon bütün problemlərini həll edəcək Qodonu gözləyirlər. Onlar tənha və çarəsizdirlər. Bu acınacaqlı həyatın uzun müddət davam etmə ehtimalı, qorxu və ümidsizlik onları dəfələrlə təhlükəli addımlar atmağa sövq edir.

Qodonu gözləmək Tanrıya inamın bir formasıdır, həyatın xaosunda bir növ sığınacaq tapmaq cəhdidir.

# 1003 dəfə oxunub

Oxşar xəbərlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..."  - Stanislavskidən aforizmlər

"Sənətdə özünüzü deyil, özünüzdəki sənəti sevin..." - Stanislavskidən aforizmlər

13:20 7 avqust 2026
Britaniyalı tanınmış dramaturq vəfat etdi

Britaniyalı tanınmış dramaturq vəfat etdi

15:40 5 avqust 2026
Musiqili Teatr  116-cı mövsümü başa vurdu

Musiqili Teatr 116-cı mövsümü başa vurdu

15:30 20 iyul 2026
Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

Kukla Teatrı 94-cü mövsümə yekun vurdu

12:27 18 iyul 2026
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda

12:52 17 iyul 2026
“Ağıldan kəm Jurden”  tamaşasının premyerası baş tutdu

“Ağıldan kəm Jurden” tamaşasının premyerası baş tutdu

14:30 15 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər