O gün isə iki erməni Ankara aeroportunu qana bulamışdı... TERROR TARİXİ

O gün isə iki erməni Ankara aeroportunu qana bulamışdı... <span style="color:red;"> TERROR TARİXİ
29 iyun 2016
# 12:22

Dünən gecə İstanbulun Atatürk aeroportunda baş vermiş terror aktı yaddaşlara 1982-ci ilin 7 avqustunda Ankaranın Əsənboğa aeroportunda erməni terror təşkilatı ASALA-nın törətdiyi terror aktını gətirib.

Kulis.Az-ın məlumatına görə terror aktının icraçıları Livan erməniləri Zöhrab Sarkisyan və Levon Əkməkçiyan olub. Onlar ağzınacan insanla dolu gözləmə zalının ortasında bomba partlatdıqdan sonra pasport nəzarəti əməkdaşlarına və reysə minmək üçün növbədə dayanan sərnişinlərə avtomatdan atəş açmağa başlamışdılar.

Sonra terrorçular kafeyə girərək 20 nəfəri əsir götürmüşlər. Türk xüsusi təyinatlılarının əsirləri azad etmək üçün keçirdikləri əməliyyat zamanı Sarkisyan öldürülmüş, Əkməkçiyan isə yaralı vəziyyətdə həbs olunmuşdur.

Terror aktı və iki saatlıq atışma zamanı 9 nəfər dünyasını dəyişmiş, 72 nəfər isə yaralanmışdır. Ölənlər arasında ABŞ-dan olan qadın, Almaniyadan olan mühəndis, 3 türk polisi, eləcə də sərnişinlər və hava limanı əməkdaşları vardı.

Terror aktına görə məsuliyyəti ASALA öz üzərinə götürmüşdür. ASALA onu da elan etmişdir ki, əgər bir sıra Qərb ölkələri onlarda həbsdə yatan 85 erməni məhbusu azad etməsə, bu ölkələrin nümayəndəliklərinə qarşı hücumlar təşkil edəcək.

Həbsxanada Əkməkçiyan peşman olduğunu etiraf edərək ölənlərin ailəsindən üzr istəsə də məhkəmə onu edam hökmünə məhkum etmiş və faşist terrorçu dar ağacından asılmaqla edam edilmişdir.

Həbsxanadan Əkməkcyan özünün ASALA-dakı yoldaşlarına müraciət etmiş və türklərin ermənilərin düşməni olmadığını bildirməklə onları zorakılıqdan çəkinməyə çağırmışdır.

Artur Penik adlı erməni əsilli Türkiyə vətəndaşı isə ASALA-nın terror aktına etiraz əlaməti olaraq özünü yandırmış və bir neçə gün xəstəxanada qaldıqdan sonra vəfat etmişdir. O xəstəxanada Atatürkün hüzurunda ölmək arzusunu da dilə gətirmişdi.

Atışmada öldürülən Zöhrab Sərkisyanın meyidi Ankarada, kimsəsizlər qəbiristanlığında heç bir iz qoyulmadan basdırılmış, edam edilən Levon Əkməkçiyanın qəbrinin 2006-cı ildə isə ailəsinin istəyi ilə Fransaya köçürülməsinə icazə verilmişdir.

P.S. Materialın hazırlanmasında Wikipedia və digər internet resurslarından istifadə olunmuşdur.

# 2495 dəfə oxunub

Oxşar xəbərlər

Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər