Telefonu Qraham Bell icad edib? – QƏTİYYƏN!

Telefonu Qraham Bell icad edib? – <span style="color:red;">QƏTİYYƏN!
7 fevral 2017
# 13:17

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General İgnorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Telefonu kim kəşf etdi? Çoxumuzun cavabı belə olacaq: Qrem Bell. Ancaq doğru deyil.

Florensiyalı ixtiraçı Antonio Meuççi 1860-cı ildə “teletrofono” adını verdiyi bir elektrik cihazı ortaya çıxarmışdı. Meuççi hamımızın tanıdığı Qraham Bellin telefon patentindən beş il əvvəl, 1871-ci ildə müvəqqəti patentə (caveat) görə müraciət etmişdi. ABŞ-nın Patent Qanuna 1836-cı ildə əlavə edilən “caveat” sistemi bir növ ön patent müraciəti hesab olunurdu. Bu sistemə görə, ixtiraçı öz icadı haqqında qısa məlumat verir. Həmçinin ixtiraçı başqa bir şəxsin eyni ixtira ilə əlaqəli müraciəti zamanı ona xəbər verilməsi haqqını əldə edir. Sistemə müraciətin vaxtı 1 il müddətində idi. Müddət qurtardığı təqdirdə 10 dollar ödəməklə təzədən yenilənə bilirdi.

Təsadüfə baxın ki, Meuççi müvəqqəti patentə görə müraciət etdiyi il Staten İsland bərəsinin partladığı üçün çox ağır yaralanmışdı. İngilis dilini yaxşı bilməyən və işsiz olan Meuççi müraciətini yeniləmək üçün vacib olan 10 dolları göndərə bilmədi.

Qraham Bellin patenti 1876-cı ildə qeydə alınanda Meuççi məhkəməyə baş vurur. Florensiyalı ixtiraçı orijinal eskizlərini və çalışma modellərini Western Unionun laboratoriyasına göndərmişdi. Meuççini dəhşətli bir təsadüf gözləyirdi. Sən demə, Bell həmin laboratoriyada çalışırmış. Florensiyalı ixtiraçının göndərdiyi modellər bir göz qırpımında yoxa çıxmışdı...

Meuççinin 1876-cı ildə açdığı məhkəmə davam edirdi. Ancaq ixtiraçının yaxasından bəxtsizlik əl çəkmir. 1889-cu ildə məhkəmə davam edərkən qəflətən ölür. 2002-ci ildə ABŞ Nümayəndələr Palatasının “Antonio Meuççinin həyatının və istedadının, telefonu icad etdiyinin qəbul edilməsi” haqqında qərarı ilə qismən də olsa bərabərlik təmin olundu.

Qraham Bellin tamam saxtakar olduğunu demək insafsızlıq olardı. Bell gənc yaşlarında nənəsi başqa otaqda olarkən onunla əlaqə yaratmaq üçün itinə “Necəsən, nənə?” deməyi öyrətmişdi. Daha sonra telefonu praktik alət halına gətirmişdi.

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI

Şirləri və köpək balıqlarını öldürən bu heyvanı tanıyırsızmı? – CAHİLLİKLƏR KİTABI

II Yekaterina necə ölüb? – İki yüz illik at yalanı

Neron: Ana qatili, seks fetişisti-ROMANI O YANDIRMAMIŞDI

Napoleonun ən alçaldıcı məğlubiyyəti – DOVŞAN MƏSƏLƏSİ

Bəkarət kəməri: Əvvəllər qadağa, indi seks aləti

Buqələmunların rəng dəyişməsinin sirri – MÜHİTLƏ BAĞLI DEYİLMİŞ

Dəccalın simvolunu Engels tapıb?

Nisbilik nəzəriyyəsi Eynşteynin kəşfi deyilmiş

# 6836 dəfə oxunub

Oxşar xəbərlər

Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər