AMEA-nın əməkdaşı: “6 ay gecə olursa Yer necə fırlanır?”

AMEA-nın əməkdaşı: “6 ay gecə olursa Yer necə fırlanır?”
19 fevral 2015
# 13:45

AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı Əkrəm Həsənov sosial şəbəkələrdə yerin fırlanması ilə bağlı paylaşdığı fikirlər mübahisə predmetinə çevrilib. Kulis.Az-ın sorğusuna cavab verən Əkrəm Həsənov bunları deyib:

Mən islam alimlərindən heç birinin əsərində Yer kürəsinin fırlanmasına rast gəlməmişəm. Əksinə böyük islam alimlərindən bəziləri, xüsusi ilə sələf alimləri və müasir bəzi alimlərdən bəziləri də Yer kürəsinin fırlanmamasını deyiblər.

Yer kürəsinə Allah təala bir vəzifə verib, o da öz vəzifəsini itaətkarlıqla icra edir. Amma Onun özünün buna gücü çatmaz. Onu hərəkət etdirən uca Allahdır. Yuxarıda da qeyd etdiyim kimi, bəzi sələf alimləri yerin fırlanmadığını deyiblər. Amma elm Allaha aid olduğu üçün, zamanla elmi kəşflər də ortaya çıxdığı üçün, yerin fırlanması elmi nəzəri dəlillərlə sübut olunmuşdur. Təzədən bu mövzuda təqlidçiliyə baş qoşmağın mənası ola bilməz.

Mənə iki-üç gün ərzində bu barədə yüzlərlə suallar gəlib. Yer elmə əsasən fırlanır. Amma sələf alimlərinin bəziləri fırlanmır deyirlər. İndi təqlid yolunumu tutaq, yoxsa uca Allahın bəşər övladına verdiyi elmi əsas götürək. Mən Allah elm sahibi olduğu üçün cavabı Ona həvalə edirəm. Çünki dəqiq cavabı mən də bilmirəm. Həmçinin bunun elmi sübutu olduğu üçün mən onun fırlanmasının daha doğru olduğu qənaətindəyəm.

Buna baxmayaraq Yer kürəsinin fırlanması məsələsinə şübhə doğuran bəzi şübhəli məqamlar vardır. Dünyanın elə hündür yerləri vardır, misal üçün Norveçdə, üç ay müddətinə qədər Günəş batmır. Əgər Yer kürəsi fırlansaydı Günəş batardı. Deməli anlamalıyıq ki, bizə verilən dünyəvi məlumatlar elmi də olsa belə bunu sübut edən böyük dəlillərə ehtiyacımız vardır. Həmçinin 6 ay gündüz və 6 ay gecə olan ölkələr var. Bəs Yer kürəsi necə fırlanır ki, həmin bölgələrdə gecə və gündüz 6 ay davam edir. Belə çıxır ki, həmin ölkədə yer kürəsi 6 ay fırlanmır? Buna görə də biz unutmamalıyıq ki, hər oxuduqlarımız, elm olaraq anladıqlarımız da hələ bizə qaranlıqdır. Düşünürəm ki, bu müzakirələrin müsbət elmi tərəfini ortaya qoyacaq elmi kəşflər hələ qabaqdadır.

# 3495 dəfə oxunub

Oxşar xəbərlər

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

15:00 14 dekabr 2025
BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

BDU-nun ilk azərbaycanlı professoru - Onu niyə şantaj edirdilər?

15:00 12 dekabr 2025
Həbs edilən, sürgün olunan, xərçəngdən sağalan Nobel mükafatçısı  - Onun köməkçisi niyə özünü asmışdı?

Həbs edilən, sürgün olunan, xərçəngdən sağalan Nobel mükafatçısı - Onun köməkçisi niyə özünü asmışdı?

15:00 11 dekabr 2025
"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

"Ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı" - Əbdürrəhim bəyi kimlər hədəf almışdı?

12:00 11 dekabr 2025
6 dəfə həbs olunan “gizli Müsavatın üzvü” - O, sürgündən həyat yoldaşına yolladığı məktubda nə yazmışdı?

6 dəfə həbs olunan “gizli Müsavatın üzvü” - O, sürgündən həyat yoldaşına yolladığı məktubda nə yazmışdı?

12:00 9 dekabr 2025
"Elə bildik ağlayır..." - Bəxtiyar Vahabzadə kimlərə "Zindanlarda çürüyərsiniz" demişdi?

"Elə bildik ağlayır..." - Bəxtiyar Vahabzadə kimlərə "Zindanlarda çürüyərsiniz" demişdi?

10:00 9 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər