ADR yadigarı olan nadir xalça aşkara çıxarılıb

ADR yadigarı olan nadir xalça aşkara çıxarılıb
17 may 2018
# 11:43

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan nadir xalçanı aşkara çıxarıb.

"Azərxalça” ASC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xalqımızın müstəqillik əzmini nümayiş etdirən bayraqlı xalça qədim və nadir nümunələrdən biridir.

1926-cı ildə Qarabağda - Şuşa şəhərində toxunmuş bu xovlu xalça Azərbaycan xalçaçılığında unikal hadisədir.

Ölkəmizin mədəniyyət tarixində ilk dəfə olaraq dövlət rəmzi - bayraq xalça üzərində əksini tapıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 21 iyun - 9 noyabr 1918-ci il tarixlərini əhatə edən ilk bayrağı xalq ustaları tərəfindən xalça üzərində əbədiləşdirilib.

Xalçanın yazıları və təsvirləri ərəb kalliqrafiyasının qaydalarına müvafiq şəkildə soldan sağa doğru toxunub. Bu sənət əsərinin üzərində onun hicri tarixi ilə 1345-ci ildə (miladi tarixi ilə 1926-cı il) toxunduğu qeyd olunub. Türkçülüyün əbədi rəmzi olan mavi rəngli ara sahənin mərkəzində təsvir olunmuş qırmızı rəngli, ay-ulduz təsvirli bayrağın üzərində "Zikr edər cinnü-mələk həm insan. Yaşasın devletü Azərbaycan" və "Hür azade yaşatsun hamunu. Hem hüquq olsun er ile nisvan" misraları yazılıb.

Ölçüsü 178x129 olan xovlu xalça yundan toxunub.

"1926-cı ildə müstəqil dövlətçilik atributunu əks etdirən belə bir xalçanın toxunması böyük cəsarət tələb edirdi. Bu, o dövr idi ki, müstəqillik ideyalarını təbliğ edən, Azərbaycanı azad görmək istəyən ziyalılar təqib olunur, 1930-cu illər repressiyasına hazırlıq gedirdi. Məhz belə bir dövrdə bu xalçanın toxunması onu göstərir ki, Azərbaycan xalqının müstəqil yaşamaq istəyini heç bir qüvvə boğa bilməyib. Müstəqillik ideyasının yaşadılması üçün xalçanın seçilməsi də təsadüfi deyil. Çünki xalça bizim milli sərvətimizdir, Azərbaycan xalqının dəyərlərini, həyat tərzini, tarixini özündə yaşadan qiymətli nümunədir", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycanda şəxsi kolleksiyada saxlanılan bu unikal xalça nümunəsi 2013-cü ildə Hollandiyada şəxsi kolleksiyadan alınaraq ölkəyə gətirilib.

# 2275 dəfə oxunub

Oxşar xəbərlər

Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər