Ata-anamız bu kitablarla böyüdü - SİYAHI

Ata-anamız bu kitablarla böyüdü - <span style="color:red;">SİYAHI
30 yanvar 2018
# 15:30

Kulis.az sovet dövründə bestseller olan və sonralar dəfələrlə çap edilən məşhur kitabların siyahısını təqdim edir.

Cəmşid Əmirov. “Brilyant məsələsi”

“Azərnəşr”də 1963-cü ildə çap olunub. Əsər Tapança Yədullanın cinayətlərindən və mstəntiq Əli Rəsulovun onunla mübarizəsindən bəhs edir. C.Əmirovun daha bir romanı – “Qara Volqa” 1966-ci ildə çap olunub və böyük maraq doğurub. Burda isə Pəncəli Aslan adlı qadının cinayətləri və onunla mübarizə nəql olunur. Kitablarda cinayətkar şəbəkə və onun rəhbərləri fərqli olsa da hər iksində cinayətkar şəbəkə ilə mübarizə aparan polis işçisi eynidir. Ona görə kitabları bir-birin davamı hesab etmək olar.

Həsən Seyidbəyli. “Cəbhədən cəbhəyə”

1961-ci ildə çap olunan kitab Azərbaycan detektivinin şah əsəri sayılır. Əsərin qəhrəmanı böyük vətən müharibəsindən gələn kimi cinayətkarlarla mübarizəyə başlayır. Əsərin adı da burdan götürülüb. Bir cəbhədən o biri cəbhəyə...

Əlibala Hacızadə. “İtkin gəlin”

1979-cu ildə “Gənclik” nəşriyyatında çap olunub. Süjet bir əfqan əhvalatı üzərində qurulub. Elməddin Əfsanəni sevir. Ancaq Əfsanə Elməddinə yox, onun qardaşına qismət olur. Qardaşının ölümündən sonra baş götürüb gedir. Sovet dövründə bestseller olan “Əfsanəsiz illər” Elməddinin Əfsanəni axtarmasından bəhs edir. Kitabın üçüncü hissəsi isə “Ayrılığın sonu yoxmuş” adlanır. Hər üç kitab yüz min tirajlarla çap olunub və müəllifə böyük uğurlar gətirib.

Qəzənfər Paşayev. “Altı il Dəclə Fərat sahillərində”

1985-ci ildə “Yazıçı” nəşriyyatında çap olunub. Avtobioqrafik romandır. Görkəmli şərqşünas, dilçi Q.Paşayev 1960-70-ci illərdə İraqda tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Bu müddət ərzində Dəclə və Fərat sahillərində yaşayan xalqların ictimai həyatını, tarixini, adət-ənənələrini, mədəniyyətini, ədəbiyyat və incəsənətini qələmə alaraq yığcam bir elmi-bədii-sosioloji salnamə yaradıb.

Vidadi Babanlı. “Vicdan susanda”

“Azərnəşr”. 1970. Əsərin adı “Vicdan susanda” adlansa da baş qəhrəmanlar professor Söhrab Günəşli və onun aspirantı Vüqar Şəmsizadə vicdanı susmayanlardır. Vicdanı susanlar isə Bəşir Bədirbəyli, Ziya Lələyev, aspirant İsmətdir. Professor Günəşli və aspirantı Vüqar böyük elmi kəşfin - ekolojik cəhətdən təmiz yanacağın bir addımlığındadır. Lakin əks cəbhə bu kəşfə mane olur. Roman da bu konfliktin üstündə qurulub. Hadisələr Kimya İnstitutunda baş verir. Roman müəllifinə əvvəl xeyli başağrısı yaratsa da. sonralar böyük şöhrət və qazanc gətirdi.

Manaf Süleymanov. “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”

1989-cu ildə nəşr olunan bu kitab sovet dövrünün süqutu ərəfəsində kult kitablardan biri hesab olunurdu. Təkrar-təkrar tirajla nəşr olunaraq 500 min ədəd satılmışdır. Bu əsər nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, Bakının neft bumu dövründən başlamış Sovet İttifaqının qurulmasına qədər olan dövr haqqında bədii salnamədir. O dövrün möhtəşəm sarayları, imarətlər, qumarxanalar, gecə klubları, neft fontanları, qara qızıl çayları, bazarlar, karvansaralar, yanğınlar, tətillər, nümayişlər, qanlı toqquşmalarını göstərən bir güzgüdür.

Salam Qədirzadə. “46 bənövşə”

Salam Qədirzadənin "46 bənövşə" əsəri dövrün ən çox oxunan və populyarlıq qazanan əsərlərindəndir. 1969-cu ildə çap olunan əsər dövrü üçün oxucu ilə olduqca yaxın bir texnika seçib: Günlərin bir günü Mənzərə adlı bir xanım yazıçının çalışdığı redaksiyaya gəlir və yazıçıya əkiz bacısı, yazıçı olmaq arzusu ilə gündəliklər yazan Könülün iki dəftərini gətirir və bu dəftərlərə baxmasını, fikir bildirməsini xahiş edir.

Yazıçı böyük tirajla çıxan kitabının puluna sovet adamı üçün lüks olan maşın belə ala bilib.

Allahverdi Eminov. “Payıza qədər. Seks haqqında söhbət”

Azərbaycanda seksdən bəhs edən ilk kitabdır. Sovetlərin dağıldığı ərəfədə - 1990-cı ildə işıq üzü görən bu əsər mühafizəkar sovet mühitində kifayət qədər səs-küy yarada bilib. Qısa vaxt ərzində kitab haqqında dövri mətbuatda 80-dən artıq tənqidi məqalə yazılıb. “Maarif” nəşriyyatında 80 min tirajla çap olunsa da, tezliklə pirat yolla bir o qədər də satışa çıxarılıb. Bu onu göstərir ki, kitab sovet oxucusunun intim mövzular oxumaq “aclığı”nı, “ehtiyacı”nı təmin edə bilib. Deyilənə görə, Əbülfəz Elçibəy prezident olanda ona bu kitabın qadağan olunması təklifini veriblər. Elçibəyin cavabı isə belə olub: “Yaxşı bilirəm ki, hamınız gizlində bu kitabı oxuyursunuz, səmimi olun bir az”.

Nurəddin Babayev “Qızlar, sözüm sizədir”

Yazıçı-publisist Nurəddin Babayevin 1972-ci ildə “Gənclik” nəşriyyatında çap olunan kitab gənclərə öyüd-nəsihət verir, əxlaqi dəyərləri təbliğ edirdi həmçinin orada. Xüsusilə ilk məhəbbəti daşa dəyən qızların sevgi məktubları dərc olunmuşdu.

Əliağa Vahid “Qəzəllər”

İlk dəfə 1944-cü ildə çap olunan bu kitab Bakının şeiriyyat sevən əhalisinə poetik dilinin sadəliyi ilə xoş gəlirdi. Azərbaycanın ilk Dövlət Mükafatı laureatı olan şair-qəzəlxan ömrünün sonunadək sadəliyinə və həyat tərzinə sadiq qaldı. Bu fakt onun sevilməsində və populyarlığında az rol oynamadı.

Sabir Rüstəmxanlı. “Ömür kitabı”

Zalq şairi Sabir Rüstəmxanlının “Ömür kitabı” 1985-ci ildən jurnal səhifələrində parça-parça çap edilərək oxucular arasında böyük şöhrət qazanmışdır. 1988-ci ildə qısa vaxt ərzində iki dəfə azəri, bir dəfə rus dilində yüksək tirajla nəşr edilən kitab gənclərin milli şüurunun inkişafında mühüm rol oynayıb.

Qənimət Əlisaoğlu

Qənimət Əlisaoğlunun həbsxanada məhbus kimi keçirdiyi əzablı illəri haqda yazdığı kriminal həyat haqda kitab. 1985-ci ildə çap olunan ilk nüsxəsinin tirajı 5 mindir.

# 3789 dəfə oxunub

Oxşar xəbərlər

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

NKVD zindanlarında işgəncə görən panturkist eston - Onu həbsxanada çürüdən "qorxunc cırtdan" kim idi?

10:00 23 dekabr 2025
"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

"1918-ci ilin martında Bakıda müsəlmanlar qətl edildimi?" - Birinci müavin daxili işlər nazirini öldürən erməninin məhkəməsində nə dedi?

12:00 22 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

"Ya qal burada işlə, silahdaş olaq, ya da..." - Stalin Rəsulzadəni niyə ölümdən xilas etmişdi?

12:00 18 dekabr 2025
İran ordusunun qorxduğu gənc - Firudin İbrahimi niyə səhər tezdən asıldı?

İran ordusunun qorxduğu gənc - Firudin İbrahimi niyə səhər tezdən asıldı?

12:00 17 dekabr 2025
Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

Arazın o tayında diz çöküb ağlayan, ermənilərin hədəf seçdiyi alim - Onun ən böyük arzusu nə idi?

15:00 14 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər