Qan Turalıdan sərt ittihamlar

Qan Turalıdan sərt ittihamlar
27 may 2015
# 16:30

““Əli və Nino” mağazası mənim “Doqquz hekayə” kitabımı satmaqdan imtina edir”. Bu barədə Kulisə Qan Turalı bildirib: “Mən bu hərəkətə bir ad verməkdə çətinlik çəkirəm. Ədəbiyyata dünən gələn adam deyiləm. Dörd kitabım çıxıb. Və ona da əminəm ki, ilk kitabı çıxan gəncə daha çox qayğı, daha çox diqqət göstərmək lazımdır. “Mustafa” romanım “Əli və Nino” şəbəkəsinin ən çox satılan kitabı olub. Yəni mənim kitabımın satılmayacağını düşünmək olmaz. Bəs bu münasibət nəyin göstəricisidir? Qan Turalıya bu cür münasibət göstərən mağaza bəs ilk kitabı çıxan gəncə hansı münasibət göstərir? Onun da kitabını satmaqdan, oxucu ilə münasibətə girməkdən məhrum edirsə bunun adı kitab satışı deyil. Bəs nədir? Kitabı inhisara almaq cəhdidir. Özü də çox gülməlidir. “Kitabı inhisara almaq”. Bunu fatehlər belə bacarmayıb. Mən bütün yazıçıları bu inhisarçılığa, ədəbiyyatımıza qarşı bu hörmətsizliyə qarşı mübarizə aparmağa çağıram".

# 2376 dəfə oxunub

Oxşar xəbərlər

Mal-qara otararkən 2000 illik sikkə tapdı

Mal-qara otararkən 2000 illik sikkə tapdı

14:50 4 avqust 2026
1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

1978-ci ildə qapalı qapılar arxasında dil mücadiləsi - Heydər Əliyev Moskvanı necə razı salmışdı?

10:00 1 avqust 2026
Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

Əliheydər Qarayevin yanında işləyən "İslam" partiyası agenti - Nərimanovun xilas etdiyi generalı kimlər güllələdi?

12:00 30 iyul 2026
"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

"Biz Ermənistan adlı hökuməti tanımırıq" - Andronikin planını pozan, amerikalı polkovnikə meydan oxuyan azərbaycanlı yazıçı

10:00 28 iyul 2026
Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

Tarixi kəşf: 2000 illik Teatr küçəsi tapıldı

12:48 25 iyul 2026
Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

Aralıq dənizində inanılmaz kəşf - 1300 illik Bizans gəmisi tapıldı

10:34 24 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər