Türkiyədə uğur qazanan azərbaycanlı gözəl aktrisa - FOTOSESSİYA

Türkiyədə uğur qazanan azərbaycanlı gözəl  aktrisa  - <span style="color:red;">FOTOSESSİYA
4 noyabr 2014
# 09:00

Kulis.az bir müddət öncə Antalya film festivalında növbəti mükafatını qazanan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin fotolarını və onun həyatından maraqlı faktları təqdim edir.

Nəsrin Cavadzadə Azərbaycanda urologiya elminin əsasını qoyanlardan olan Mirməmməd Cavadzadənin oğul nəvəsidir.

Nəsrin Cavadzadə 1982-ci ildə Bakıda anadan olub. Atası ilə anası boşandıqdan və Sovet hökuməti dağıldıqdan sonra anası ilə birlikdə İstanbula köçüb. Bakıda orta məktəbi rusca oxuduğundan Türkiyədə ilk illərdə dillə bağlı çətinliklər çəkib.

Orta məktəbdəykən teatr kursuna yazılan Nəsrinin ilk rolu “Türkmən toyu” adlı tamaşada olub.

Məktəbi bitirdikdən sonra Mərmərə Universitetinin “Teatr və kino” fakültəsinin rejissorluq ixtisasına daxil olub.

Məzun olduqdan sonra çəkildiyi “Yersiz yurdsuz” serialı ilə Türkiyədə məşhurluq qazanıb. Amma serialın özü uğursuz olduğuna görə ekranlardan vaxtından əvvəl yığışdırılıb.

Rejissor kimi bir neçə qısametrajlı filmin və bir sənədli filmin müəllifidir.

Serialın rejissoru Camal Şan onu “Dilbərin səkkiz günü” filmində çəkib. Bu film azərbaycanlı aktrisaya uğur gətirib. Filmdəki performansına görə üç yerli film festivalında “ən yaxşı aktrisa” mükafatı qazanıb.

Yenə sözügedən rejissorun “Əzab” filmində çəkilib və mükafat qazanıb.

2011-ci ildə Türkiyənin ATV kanalında Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim” əsəri əsasında çəkilmiş “Al yazmalım” serialında oynayıb.

2011-ci ildə “Gözəl günlər görəcəyik” filmi ilə Antalya film festivalında ən yaxşı ikinci dərəcəli qadın roluna, Ankara festivalında isə ən yaxşı qadın roluna görə mükafat qazanıb.

“Recep İvedik” kimi filmlərdə oynamaq təkliflərinə müsbət yanaşacağını deyib.

Sonuncu aldığı mükafat Antalya festivalında Kutluğ Atamanın “Quzu” filmindəki roluna görə olub. Yenə “ən yaxşı aktrisa” mükafatına layiq görülən Cavadzadə səhnədə göz yaşlarını saxlaya bilməyib.

Səyahəti, pişik saxlamağı, idman etməyi, baletlə məşğul olmağı sevir. Rəsmən evli olmasa da, vətəndaş nikahında yaşayır.

Rus, ingilis və fransız dillərini bilir.

# 8113 dəfə oxunub

Oxşar xəbərlər

Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

10:00 14 sentyabr 2025
Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

12:00 13 sentyabr 2025
Yarın yatar hər axşam qoynunda yaylığınla...  – Mir Kamilin şeirləri

Yarın yatar hər axşam qoynunda yaylığınla... – Mir Kamilin şeirləri

10:00 13 sentyabr 2025
"O məni qazaxlı olmağıma bağışladı" - Natəvan Dəmirçioğlu

"O məni qazaxlı olmağıma bağışladı" - Natəvan Dəmirçioğlu

15:00 12 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər