208 nömrəli palto – Aliyə yeni teatrın ilk tamaşasından yazır...

208 nömrəli palto – <span style="color:red;">Aliyə yeni teatrın ilk tamaşasından yazır...
1 aprel 2016
# 16:16

Yeniləşmək istəyən milli teatrın üç-dörd problemi

Bu yaxınlarda teatr adamlarının izləməyə elə də həvəsli olmadığı ədəbiyyat aləmində bir “post insan” söhbəti açıldı. Ədəbiyyatın maarifçi tavrından bezən tənqidçilər yazıçılara poçt qutusunun yanında dayanıb gözləyən Novruzəlini buraxıb post insanın izinə düşməyi arzu etdilər. Post insanla “poçt insan”ı qarşı-qarşıya qoydular. Məncə, bu, son illərin ən ciddi ədəbiyyat polemikalarındandır biridir (Predmetdən və gətirilən nümunələrdən asılı olmayaraq).

“Maarifçi postmodernist yazar” əcaibliyini adam düşmənə arzulamaz. Amma reallıq belədir. Nə qədər əcaib baxsaq da, hər iki xəttin (maarifçilik və postmodernizm) kəsişdiyi bir nöqtə var: kütlə.

Bu gün sənətdə açıq maarifçi xətt bizi həm də ona görə qıcıqlandıra bilər ki, ən azı sosial mənada postmodernizmdir..

Və maarifçilik ən azı bir yanaşma qazanmalıdır. İndi niyə bu qədər kitab dəftər açırıq? Ona görə ki, Yuğ teatrının aktyoru, əməkdar artist Vidadi Həsənov elə teatrın gənc aktyorları ilə birgə yeni teatr studiya açıb - “M teatr” və teatrın ilk tamaşası ən yaxşı halda, ötən əsrin maarifçilik publisistikasına illüstrasiyalardır.

Vidadi Həsənovun hazırladığı “Məsəl ya...” tamaşası proqramında tamaşaçıya keçmişdən bu günə baxmağı təklif edir. Guya bununla məsələni həll edir (yeri gəlmişkən, proqramdaca bir yerdə söz oyunu görürəm, amma özümü görməzliyə vurub tamaşanı gözləyirəm). Amma teatrın “indi” hökmü yalnız səhnəyə yox, tamaşaçı zalına aiddir və nə istəməyimizdən asılı olmayaraq, hökm verən “İNDİ”dir.

Qəliz-qəliz yazmağın nə mənası? Qısası budur ki, tamaşa nə ötən əsrə göndəriş edir, nə də ordan gəlib bu günə çıxa bilir, o estetik meyarları ilə belə ötən əsrdən qopub bu təqvimə düşüb elə bil. Özü də tarixilik cəhəti ilə və ya nostalji baxımdan maraq oyatmaq fikrində deyil, o, bizə köhnəni yeni kimi təqdim etmək istəyir. Amma köhnə elə köhnədir.

Səhnədə Üzeyir Hacıbəylinin ən məşhur felyetonlarıdır (heç olmasa felyetonu eşitmək marağı belə yoxdur). Tamaşanın nağılçılarından biri olan aktrisa Günay Əhməd başlıq sualı qoyur: görəsən müsəlmanlarda məsəl çoxdu, ya əməl?

Müsəlman - qərb qütbü mövzusunun aktivləşməsini nəzərə alıb tamaşadan iştahla nəsə gözləyənlərin xəyalı suya düşür: tamaşa müəllifi Sabirin “Qeyrilər etdi tərəqqiyi-tam, qaldı zillətdə milləti islam” fikrini 6-7 felyetonla döyəcləyir, aktyorlar Üzeyirin, Sabirin, Cəlilin, Haqverdiyevin tiplərini canlandırırlar. Qərara gəlirlər ki, bizdə məsəl çoxdur (elə tamaşanın da nümunəsində biz bunu görürük –ideyaların səhnədən birbaşa səsləndirilməsi elə teatr deyilən sistemin ƏMƏL prinsipinə ziddir. Üstəlik, bu fikirlər ziddiyyətlidir. Məsələn, səhnədən səslənir ki, bu gün Suriyada, Pakistanda hər gün müsəlmanlar qırılır, dünya susur - tamam, dübbədüz - və “Milləti-islam qırır bir-birin...”; ona görə başımıza bu bəlalar gəlir ki, CÜRƏTSİZİK (tamaşanın da cürəti yerli siyasət təlxəklərinə sataşacaq qədərdir) ona görə ki, həm də “millət geridə qaldı” fikri ilə yaşayırıq (üstəlik bundan tamaşa da göstəririk) və s.

Müəlliflər sanki bu son felyetonla “Biz düzələn deyilik” (çox vaxt bu sözləri elə boyun əyib yaşayan, rüşvət verib çıxan, haqsızlığa lal-dinməz baxanlar deyir) energetikasının neqativliyindən qopmaq istəyir, amma tilsimlənmiş kimi qopa bilmirlər. Çünki tamaşanın ideya dayaqları konkret bir ziddiyyətə yox, maarifçilik pafosuna bərkidilib.

Tamaşanın olan dinamizmini, temporitmini aktyor oyunundan alır; Aktyorların (Amid Qasımov, Günay Əhməd, Oqtay Mehdiyev, Elgün Həmidov, Vüqar Hacıyev) çevikliyindən, peşəkarlığından mətnə çoxçalarlılıq vermə çabalarından və improvizə replikalarından. Onlar bacardıqca bu didaktik tona, ləng ritmli təkrirlərə rəng qatmağa çalışırlar. Amma nə qədər rəngləsələr də bu felyetonlardan kənara çıxa bilmirlər.

Sabirin şerləri də, Üzeyir Hacıbəylinin felyetonları da kabus kimidir, onlar qollarını bu günə qədər uzadıb bu tamaşanı da, ona baxan alqışlayan TAMAŞAÇILARı da öz içinə ala bilir.

Lap elə tamaşa zalından bir türlü çıxa bilməyən, darıxan, qurcuxan və kənardan mədəni tamaşaçı kimi görünməyən məni də.

Bircə qarderobdakı 208 nömrəli asılqandan asılan paltom orda məni gözləyir...

“M” teatrın bütün yaradıcı heyətinə uğurlar arzusu ilə

Aliyə

# 2221 dəfə oxunub

Oxşar xəbərlər

"Bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım…" - 28 yaşında vəfat edən Həsən Kürün film kimi həyatı

"Bir erməni dəftərinə onları necə məğlub etdiyimizi yazdım…" - 28 yaşında vəfat edən Həsən Kürün film kimi həyatı

11:50 8 iyul 2025
Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri

12:00 6 iyul 2025
"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

"Səni öldürərlər, uff da deməzlər" - Əsəd Qaraqaplanın yeni şeirləri

12:00 5 iyul 2025
"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

"O oxuyanda yekə kişilər göz yaşı tökürdü" - Xan Şuşinskinin ən layiqli varisi

10:00 5 iyul 2025
Xalq yazıçısı Elçin:  "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

Xalq yazıçısı Elçin: "Səməd Vurğunu "yaltaq" adlandırıb..." - Müsahibə

09:00 4 iyul 2025
Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

Ona görə Mirzə Cəlil xəstəliyə tutuldu, Mikayıl Müşfiq güllələndi, Hüseyn Cavid sürgün olundu - Erməni müstəntiqin ölümə göndərdiyi ilk qadın nazirimiz

12:08 3 iyul 2025
# # #