Fin yumoru, Berlin divarı, elektron kitab qadağası FOTOLAR

Fin yumoru, Berlin divarı, elektron kitab qadağası <span style="color:red;">FOTOLAR
13 oktyabr 2014
# 12:24

Oktyabrın 8-dən 12-dək Almaniyanın Frankfurt şəhərində keçirilən növbəti beynəlxalq kitab sərgisi başa çatıb.

1. Frankfurt kitab sərgisində yüzdən artıq ölkənin 7000 min eksponenti (eksponat sahibi) qatılıb. Elektron kitabların yayılmasına baxmayaraq, burdakı stendlərin əksəriyyəti çap kitabına həsr olunub. Çap məhsullarının üstünlüyü özü hər şeyi deyir, məsələn, fotoda gördüyünüz “Die Andere Bibliothek” nəşriyyatının stendinə nəzər salın. Bu nəşriyyatda yeni kitabların formasını hər dəfə müxtəlif dizaynerlərə tapşırılar.

2. Finlandiyanın sərgidəki kitab təqdimatı özünün estetikası ilə heyrətləndirir. Yarmarkanın builki fəxri qonağı olan Finlandiyanın devizi belədir: "Finnland. Cool". Soyuq ağ-mavi rəngli stendlər oxucuları səmimi və yumorla dolu ədəbiyyat aləminə dəvət edir.

3. Tədbirin əsas mövzularından biri 25 il əvvəl Berlin divarının dağılmasıdır. Bu hadisə indiyə kimi alman müəlliflərinin yaradıcılığında mühüm yer tutur.

4. Frankfurt sərgisində MDB ölkələrindən Azərbaycan, Belarusiya, Ermənistan da iştirak edir. Fotodakı isə Özbəkistan stendidir.

5. Separatist əhval-ruhiyyəsi ilə tanınan Kataloniya vilayəti sərgidə də seçilməyə çalışıb. Katalonlar öz dillərindəki kitab stendini ayrıca təqdim ediblər. Bununla belə stend ispan stendi ilə yanaşı qoyulub və qonşular bir-biri ilə mehriban davranıblar.

6. Uzun müddət Frankfurtda kitabların təqdimatı sərgi məkanlarında keçirilib. Son illər tədbirlər üçün pavilyon məkanlarını ayırmağa başladılar. Yağışa baxmayaraq, kitabların oxunduğu məkanda boş yer qalmamışdı.

7. Rəqəmsal texnologiya – yarmarkada adət edilmiş haldır. Statistikaya görə Almaniyanın hər dörd sakinindən biri elektron kitab oxuyur.

8. Kitabın elektron media ilə əlaqəsi başqa ölkələrin də kitab sərgilərindən geniş yayılıb. Bu nümunələrdən biri Xorvatiya stendində yer alıb.

9. Yarmarkada maarifçilik adı altında xüsusi bölmə də açılıb. Burda da rəqəmsal texnologiya özünü göstərir. Stenddəki qadcetlər (ing. gadget — uyğun gələn, əlavə və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu) gənc auditoriyanı cəlb etməyə imkan verir.

10. Elektron qurğuların üstünlüklərinə baxmayaraq, pedaqoqlar onları məsləhət bilmir. Bəzi stendlər məktəblilər üçün eksperimentə çevrildi.

# 2531 dəfə oxunub

Oxşar xəbərlər

Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

Erotik əsərlərlə tanınan polyak şair - Onun şeirlərinin tərcüməsi niyə mümkünsüz sayılırdı?

13:00 5 noyabr 2025
Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

Barokko klassisizminin ustası - O, niyə qadınlardan qorxurdu?

13:20 4 noyabr 2025
Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən   psixiatr

Kitabları yandırılan, seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

18:00 3 noyabr 2025
"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

"Mən Adəmin babasıyam..." - “Səksənincilər" layihəsindən Şaiq Vəlinin şeirləri

10:00 31 oktyabr 2025
Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri  — Araşdırma

Sənət əsərlərinin orijinal versiyalarına baxmağın immunitetə təsiri — Araşdırma

11:18 29 oktyabr 2025
Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

Erotik tabloları məhv edilən rəssam - O, niyə narkotik vasitələrin təsiri altında işləyirdi?

16:15 28 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər