“Nar bağı” filmi Karlovı Varı Film Festivalında nümayiş olunacaq

“Nar bağı” filmi Karlovı Varı Film Festivalında nümayiş olunacaq
30 may 2017
# 15:42

İlqar Nəcəfin “Nar bağı” bədii filmi Karlovı Varı Beynəlxalq Film Festivalına dəvət alıb. “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, “Buta Film” kino şirkəti ilə birgə istehsal olunan yeni ekran əsərinin dünya təqdimatı festivalın “Qərbin Şərqi” müsabiqə proqramında keçiriləcək.

“Nar bağı” proqramın açılış filmi olaraq təqdim olunacaq. Festival 30 iyun-8 iyul tarixlərində Çexiyada keçiriləcək.

Filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırırlar.

# 2457 dəfə oxunub

Oxşar xəbərlər

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

Velosiped oğruları - Şərif Ağayarın yeni hekayəsi

10:00 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

"Mən dua oxuyum, sən sus yenə də..."- Hədiyyə Şəfaqətin yeni şeirləri

15:00 3 may 2026
Dəfn - Yaşar Əliyevin hekayəsi

Dəfn - Yaşar Əliyevin hekayəsi

13:50 3 may 2026
Qadın südü - Məşhur gürcü yazıçının novellası

Qadın südü - Məşhur gürcü yazıçının novellası

10:00 3 may 2026
Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

Florensiya divarının arxasında gizlənən sirr - Leonardo da Vinçinin məşhur freskası necə yoxa çıxdı?

15:00 2 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər