Platonun internet öncəgörməsi MARAQLI

Platonun internet öncəgörməsi <span style="color:red;">MARAQLI
26 avqust 2014
# 08:30

Kulis.Az məşhur italyan filosof-psixoanalitiki Umberto Galimbertinin “İnternet meydanı və qədim Aqora modeli” məqaləsini təqdim edir.

İnsanların müxtəlif parklarda, istirahət yerlərində, meydanlarda yığışaraq, fikir bölüşməsi, bərabər vaxt keçirməsi kifayət qədər qədim ənənədir.

Əminliklə deyə bilərəm ki, bu ritual müasir dövrdə də öz əhəmiyyətini qoruyub saxlamaqdadır. Lakin, internetin gəlişi ilə bərabər, insanların meydanlardan, istirahət yerlərindən, parklardan uzaqlaşaraq virtual aləmə üz tutması getdikcə daha da kütləviləşməktədir.

Bunu mənfi va ya müsbət hal kimi qiymətləndirmək istəmirəm. Məncə, bu, kütləviləşmənin altında yatan fəlsəfəni analiz edərək internet məfhumu ilə daha yaxından tanış olmaq kifayət qədər faydalı və maraqlıdır.

Toplumun günü gündən material dünyadan uzaqlaşmasının səbəblərini araşdırarkən qədim Yunanıstanda mövcud olan Aqora modeli köməyimizə gəlir. Nə üçün Aqora?

Aqoraya toplaşan gənclərin söhbətlərini onların fərqli jestləri, hərəkətləri əhatə etsə də, əsas əhəmiyyət fiziki varlıqda cəm olmurdu.

"Bədənsəl kontaktdan uzaqlaşmaq" məsələsi Platonun yazılarında da qarşımıza çıxmaqdadır. O, yazılarının birində elmin inkişafının bədənsəl münasibətləri daha da azaldacağına işarə vurur. Müasir fəlsəfənin banisi sayılan Renato Kartesio 2000 il sonra Platonun fikirlərini təsdiqləyərək yazır: "Biz, bir insanı gördüyümüz və ya ona toxunduğumuz üçün onu tanıdığımızı deyə bilmərik. Kimisə həqiqətən tanımaq onun fikirlərinə bələd olmaq anlamına gəlir.”

Qədim yunanlara da aqoralarda məhz bu düşüncə tərzi aşılanmaqda idi.

Sahə və zaman anlayışını material əngəllərdən təmizləyən virtual şəbəkə əslində yeni bir anlayış deyil. Sadəcə olaraq, insan oğlunun bu qədim arzuya çatmaq üçün bir neçə minillik sərf etdiyini demək yerinə düşərdi. Virtual dostların, sevgililərin getdikcə çoxalması, insanların bu kosmik məkanda özlərini necə xoşbəxt və azad hiss etməsindən xəbər verir.

Müasir Aqora modelinin sakinləri adətən gənclərdir. O gənclər ki, çox zaman yaşlı nəsil tərəfindən ciddiyə alınmırlar...

O gənclər ki, bizə gələcəkdən xəbər verir.

O gələcək ki, öz kökünü bizim eradan əvvəl, qədim yunan aqoralarında tapır.

Tərcümə etdi: Nihad İsa

# 4030 dəfə oxunub

Oxşar xəbərlər

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

"Getdiyin yolun bitməyini istəyirsənsə..." - İnsan niyə Tanrıdan asılı deyil?

09:00 30 iyul 2025
Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

Bəxtiyar Vahabzadənin o şeirindən sonra... - Vaqif Səmədoğlunun kitabı niyə qadağan olundu?

09:00 29 iyul 2025
Sevgili cin - Kamal Abdullanın hekayəsi

Sevgili cin - Kamal Abdullanın hekayəsi

14:05 28 iyul 2025
Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

Bir biləydim, məni kim unutdurur... - Xəyalə Sevilin şeirləri

17:00 27 iyul 2025
"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

"ABŞ bu uşaqlardan can qurtarmaq üçün arxa qapı yaratmışdı..." - Valeria Luiselli

10:00 27 iyul 2025
Qəbulə xanım  Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

Qəbulə xanım Stepan Razinin qurban verdiyi adaşının qisasını alırdımı? - Mətanət Vahid

10:00 26 iyul 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər