Elza Seyidcahan İnstagramdakıları necə aldatdı?

Elza Seyidcahan İnstagramdakıları necə aldatdı?
19 fevral 2015
# 12:04

Son aylar şeirləri sosial şəbəkələrdə müzakirə olunan, lağlağıya çevrilən Elza Seyidcahan İnstagram səhifəsində bir şeir paylaşıb.

Elza xanım özünəməxsus müğənnidir. Şair deyil. Hamımız bilirik. Heç özü də bunu iddia etmir. Yazdıqlarını “cızma-qara” adlandırır. İndi fikirdir də ağlına gəlir, o da sosial şəbəkələrin imkanlarından istifadə edib bunları yayır.

Hamı da onu qınayır. Məzələnirlər.

İndi də bir şeir paylaşıb. Səhifəsinə girib şeirin altına yenə ağızlarına gələni yazırlar:

Bu şeir deyil, bu qadın dəli olub.

Milləti dəli hesab edib.

Eyibdi, özünüzü niyə gülünc vəziyyətinə qoyursuz?

Elza xanım bu şeir hansı janrdadır, yenə o biri şeirlərinizi anlayırdıq.

Yeni vəzn çıxdı, ay millət, Elza vəzni.

Az, özün boyda oğlun var, bəsdir də zozozo nədi.

Və bu cür başqa şərhlər.

Amma xəbərləri yoxdur ki, bu dəfə Elza Seyidcahan paylaşdığı bu şeir özünün deyil, İmadəddin Nəsiminindir.

Di gedin, kitab oxuyun. Bahalı telefonlar işlətməklə, bütün sosial şəbəkərdə profil yaratmaqla deyil, kimə gəldi “barmaq” eləməklə deyil. Gərək başda da nəsə olsun.

Qeyd: Nəsiminin o qəzəli belədir:

Gə, gə, gə, gəl ki, sevirəm sə, sə, sə, sən Məhi-Çini,

Za, za, za, zar olubam mən çə, çə, çə, çənd nişini.

Dü, dü, dü dür təki dilər, ve, ve, ve, verdi sana həq,

Sə, sə, sə, səvsə gərəkdir di, di, di, dişləri sini.

Sö, sö, sö, sözlərin elər şə, şə, şə, şəkkəri kəsad,

Gö, gö, gö, gözlərin elər se, se, se, sehri mübini.

A, a, a, al ki, yeridir kö, kö, kö, könlümü mənim,

Sa, sa, sa, sal ki, yeridir zü, zü, zü, zülfünə çini.

Qa, qa, qa, qalmışam axır a, a, a, ahilə sayru,

No, no, no, nola ki, sorsan za, za, za, zari-həzini.

Yü, yü, yü, yüzünü gördüm a, a, a, ayə sataşdım,

Ne, ne, ne, necə üərkdir qa, qa, qa, qalmaya çəni.

Xə, xə, xə, xəstə Nəsimi sö, sö, sö, söyləyən oldum,

Ne, ne, ne, neylərəm axır dü, dü, dü, dürri-səmini.

# 3756 dəfə oxunub

Oxşar xəbərlər

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
Eybəcər - Samirə Əşrəfin hekayəsi

Eybəcər - Samirə Əşrəfin hekayəsi

15:00 5 oktyabr 2026
Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

Alman romantizminin vizual manifesti - "Duman dənizi üzərində səyyah"

14:00 5 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər