Müdiriniz nədən qorxur? Bəs lideriniz necə...

Müdiriniz nədən qorxur? Bəs lideriniz necə...
29 noyabr 2014
# 08:30

Kulis.az müdirlə lider arasında fərqləri təqdim edir.

1. Müdir adidir, lider isə adamı həmişə təəccübləndirməyi bacarır.

Birincilər həmişə ciddi olur. Məsələn, kollektivlə birlikdə hardasa əylənməyə getmisiniz, müdir işdəki ciddi imicindən çıxmır. Amma lider sizinlə birlikdə dəlicəsinə içib rəqs edə bilər.

2. Müdir tez əsəbiləşir, lider isə səbirlidir.

Birincilərdə təmkin olmadığına görə əsəbiləşməyə meyllidirlər. Liderlər isə səbirli olmaqla kollektiv ruhlandırır.

3. Müdir iddialıdır, lider isə əzmli.

Əlbəttə, iddialı olmaq pis şey deyil. Amma bu iddialar bəzən çox pis nəticələnir. Nəyisə hamıdan yaxşı bildiyini iddia edib, sonra məyus olmaq heç də yaxşı hal deyil. Əzmkarlıq nümayiş etdirmək isə liderlərə məxsusdur.

4. Müdir riski sevmir, amma lider macəradan qorxmur.

Müdir itirəcəklərindən qorxur. Liderin isə belə bir qorxusu yoxdur. O risk etməyi sevir, macərapərəstdir.

5. Müdir adamın ayağını sürüşdürür, amma lider maneələri aradan qaldırır.

Müdir işçisinin qabağa getməsini istəmir, bu onu qorxudur. Amma liderlər daim çalışır ki, kollektiv üzvlərinin qabağına çıxan bütün maneələri aradan qaldırsın.

6. Müdir bütün uğurları öz üzərinə götürür və təriflərin ona gəlməsini istəyir. Lider isə təqdir edir.

Kollektiv əməyin nəticəsini görmək istəmir müdir. Görsə də qəbul etmək istəmir. “Mən olmasaydım, bu uğuru əldə edə bilməzdik” deyə düşünür. Amma lider bunun tam əksidir. O, uğurlarına görə fərdləri təqdir etməyi bacarır.

7. Müdir sizi hazırlıqsız olmaqda günahlandırır, amma lider hər şeyə özü hazırdır.

İkincilər bütün çətinliklərin öhdəsindən tək gəlmək bacarığına malikdirlər.

8. Müdir heç kimə qulaq asmır, amma lider müzakirə aparır, birlikdə qərar verir və birlikdə həyata keçirir.

Birincilər eqoistdir. Özlərindən başqa heç kimi görmürlər. Uzaqbaşı qarşısındakını dinləyib axırda özü qərar verir. Amma lider başqalarının fikrinə hörmətlə yanaşır. Qrup qərarlarına üstünlük verir.

9. Müdir qorxutmağa çalışır, lider isə cəsarətləndirir.

Kollektivi daim nəzarətdə saxlamaq, ona hörmət edilməsini təmin etmək üçün qorxutmağa çalışır müdir. Qorxudur ki, sözündən heç kim çıxmasın. Amma liderin belə kompleksi yoxdur. Ona zatən hörmət edirlər. Ondan qorxmurlar, onu sevirlər.

10. Müdir tək olmağı sevir, lider isə liderlər yetişdirmək istəyir.

Kiminsə gəlib onun yerində oturacağından qorxur müdir. Amma liderin belə dərdi yoxdur. Əksinə o özü kimilərini görməkdən ləzzət alır.

# 2912 dəfə oxunub

Oxşar xəbərlər

Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

11:30 11 oktyabr 2026
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər