Nazir “Azdrama” qalmaqalından danışdı

Nazir “Azdrama” qalmaqalından danışdı
16 sentyabr 2015
# 15:35

"Azərbaycan teatrı dövlət qayğısı ilə əhatə olunub. 100-ə yaxın teatr xadiminə fəxri adlar, mükafatlar verilib. Teatr sahəsində islahatlar həyata keçirilir. Azərbaycan teatrı kiminsə xoşuna gəlib-gəlməsindən asılı olmayaraq, özünün fəaliyyətini davam etdirəcək"

Bunu mətbuata mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramının həyata keçirilməsi ilə teatrın yeni inkişaf dövrünə qədəm qoyduğunu deyib. Onun sözlərinə görə, bu dövr ərzində Azərbaycan teatrı özünün əvvəl başladığı islahatları uğurla həyata keçirir: "Akademik Milli Dram Teatrının həyatında və fəaliyyətində islahatlar nəzərdə tutulmuşdu və islahatların davamı həyata keçirilir. Teatrın həyatında ötən beş il ərzində bir sıra islahatlar həyata keçirilib. Teatrın baş rejissoru olmadan Akademik Milli Dram Teatrında 17 rejissor tamaşa hazırlayıb. Bu dövr arxada qaldı. İslahatlar nəticəsində Akademik Milli Dram Teatrına yeni bədii rəhbər və baş rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, əməkdar incəsənət xadimi, xalq artisti, görkəmli teatr xadimi Azərpaşa Nemət mənim sərəncamımla bu vəzifəyə təyin edilib. Başlanılan işlər uğurla və ardıcıl olaraq davam etdiriləcək. Aydın məsələdir ki, bundan kiminsə xoşu gələcək, bir başqasının xoşu gəlməyəcək. Kimsə bunu asanlıqla qəbul edəcək, bir başqası qəbul etməyə çətinlik çəkəcək. Azərbaycan teatrı kimlərinsə xoşuna gəlib-gəlməməkdən asılı olmayaraq öz fəaliyyətini davam etdirəcək". /Report/

# 1254 dəfə oxunub

Oxşar xəbərlər

Himnimizin əsl müəllifi kimdir? - Azər Turan

Himnimizin əsl müəllifi kimdir? - Azər Turan

15:00 5 may 2025
Qoz ağacı - Narıngül Nadirin yeni hekayəsi

Qoz ağacı - Narıngül Nadirin yeni hekayəsi

15:00 3 may 2025
Əbəs yerə göz vurmurdu çadra altdan o qız mənə - Yeseninin "İran nəğmələri"

Əbəs yerə göz vurmurdu çadra altdan o qız mənə - Yeseninin "İran nəğmələri"

12:00 3 may 2025
Paxıl - Orxan Fikrətoğlunun hekayəsi

Paxıl - Orxan Fikrətoğlunun hekayəsi

15:00 2 may 2025
Alverçi, sinəzən, mərsiyəxan Cavid - Bunlar xatirə yox, xətadır!

Alverçi, sinəzən, mərsiyəxan Cavid - Bunlar xatirə yox, xətadır!

12:50 2 may 2025
"Ondan Allahın özü də qorxurdu..." - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

"Ondan Allahın özü də qorxurdu..." - Mir Cəfər Bağırova yalvaran məşhur yazıçı

09:00 1 may 2025
#
#
# # #