Artıq dərdimizi kompüterə danışacağıq

Artıq dərdimizi kompüterə danışacağıq
7 iyun 2013
# 07:30

Amerikanın Cənubi Kaliforniya Universitetinin virtual insanlar yaratmaqda qabaqcıl qurumlarından olan Yaradıcı Texnologiyalar İnstitutu yeni proqram işləyib hazırlayıb.

“Virtual terapevt” adlı bu proqram vasitəsilə virtual insanlar real insanlara psixoloji köməklik göstərəcək. Virtual terapevt kresloda əyləşib, gözlərini qırpır, arada yerindən tərpənir və sizin ekran qarşısında rahat oturmağınızı gözləyir.

“Salam, mən Elliyəm”, - deyərək davam edir: “Gəldiyinizə görə təşəkkürlər”.

Haralı olduğunuz və hansı sahə üzrə təhsil aldığınızla maraqlanır: “Terapevt sayılmasam da, burada insanlar haqqında məlumat toplamağa çalışıram. Sənin barədə də öyrənmək istərdim, əgər etiraz etmirsənsə”.

Ellinin səsi yumşaq və sakitdir. Hətta bəzən qarşınızdakının kompüterdə yaradıldığını da unudacaqsınız, çünki Elli getdikcə real insan kimi daha ciddi suallar verməyə başlayır.

“Əsəblərini cilovlamaqda çətinlik çəkirsən?”, “Axırıncı dəfə nə vaxt, kimlə dalaşmısınız?” kimi suallar verir.

Verdiyiniz hər cavab ən balaca detalına qədər sadə bir oyun sensorudur və kompüterin kamerası ilə incələnir.

Nə qədər gülümsədiyiniz, hansı tərəfə baxdığınız, səsinizin tonu qeyd olunur, analiz edilir və kompüter sistemi buna uyğun Elliyə sizinlə necə ünsiyyət qurmağı ilə bağlı təlimat verir.

Yaradıcı Texnologiyalar İnstitutunun alimi Lui-Filip Morensinin komandası hələ ki terapevt proqramını test edir. Araşdırmanın bir hissəsi kimi Ellinin verdiyi sualları komanda özü müəyyənləşdirir, ancaq proqram yekunlaşdıqda Elli heç kimin köməyi olmadan sualları özü verəcək. Başqa sözlə desək, kompüterə - Elliyə insan olmaq və xəstələrə həkim kimi məsləhət vermək öyrədiləcək.

Bu proqram sayəsində dünyanın ən qabaqcıl psixoloqlarının məlumatlarından yararlanaraq, internet üzərindən terapiya seanslarının keçirilməsi təmin olunacaq.

Ancaq doktor Morensinin “virtual psixoloq” sözündən xoşu gəlmir və bu üsulun həqiqi psixoloqları əvəz edəcəyini düşünmür: “Bunu daha çox həkimlərə kömək edən sistem kimi görürük”.

Sistem depressiya və travma sonrası psixi pozğunluqdan əziyyət çəkənlərlə işləyən həkimlərin işinə yarayacaq. Belə ki, hər seans obyektiv və elmi şəkildə əvvəlki və sonrakı seanslarla müqayisə ediləcək.

İnstitut xüsusilə Əfqanıstan və İraq müharibələrində iştirak edən amerikan əsgərlərin aldıqları travma və stress pozğunluğunu müalicə edən həkimlərlə ortaq fəaliyyət göstərəcək.

Qeyd edək ki, Morensi psixologiya və üzdəki mimikaların dəyişməsi arasında əlaqəyə aid işlərinə görə mükafatlar qazanıb.

O: “Həyəcanlı olanlar əllərini daha çox tərpədirlər, stressli olanlar qısa və səthi gülüşlə kifayətlənirlər, depressivlər isə gözlərini qaçırırlar”, - deyə proqramın işləmə mexanizmini aydınlaşdırmağa çalışıb.

Kompüterlə yaradılan görüntülərin insana oxşamasını təmin etmək elə də asan deyil, ancaq inandırıcı olsa, təhsil və öyrənmə baxımından güclü vasitə olacağı güman edilir.

Bu səbəbdən, laboratoriya virtual varlıqlarla ünsiyyətin potensialı və limitləri üzərində fərqli layihələr hazırlayırlar.

# 3317 dəfə oxunub

Oxşar xəbərlər

Başqa həyat - Anar

Başqa həyat - Anar

12:00 14 sentyabr 2025
Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

Çadrasını atan inqilabçı qadınlar... - Cəfər Cabbarlı niyə Sevili azərbaycanlı qızın oynamasını istəyirdi?

10:00 14 sentyabr 2025
Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

Quran motivləri əsasında çəkilmiş 10 ekran əsəri

15:00 13 sentyabr 2025
Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

Mircəfər Bağırovun xəstə sevgisi - Xədicə Qayıbova ona niyə sillə vurmuşdu?

12:00 13 sentyabr 2025
Yarın yatar hər axşam qoynunda yaylığınla...  – Mir Kamilin şeirləri

Yarın yatar hər axşam qoynunda yaylığınla... – Mir Kamilin şeirləri

10:00 13 sentyabr 2025
"O məni qazaxlı olmağıma bağışladı" - Natəvan Dəmirçioğlu

"O məni qazaxlı olmağıma bağışladı" - Natəvan Dəmirçioğlu

15:00 12 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər