Fərəh Şəkinskaya vəfat etdi

Fərəh Şəkinskaya vəfat etdi
20 aprel 2016
# 13:53

Bu gün əməkdar mədəniyyət işçisi Fərəh Şəkinskaya 80 yaşında vəfat edib.

Bu barədə Kulis.az Mədəniyyət və Turizm Nazirliyindən məlumat veriblər.

Fərəh Şəkinskaya 1936-cı il aprel ayının 28-də Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunda təhsil almış Fərəh Şəkinskaya əmək fəaliyyətinə Bakı Şin Zavodunda mühəndis kimi başlamışdır.

60-70-ci illərdə o, Azərbaycan Mərkəzi Partiya Komitəsinin inspektoru, daha sonra Azərbaycan Kommunist Partiyasının N.Nərimanov rayon Komitəsinin katibi, 1978-1989-ci illərdə Bakı şəhər İcra Komitəsinin mədəniyyət idarəsinin müdiri, 1989-1993-cü illərdə isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini vəzifəsində çalışmışdır.

F.Şəkinskaya müxtəlif illərdə N.Nərimanov və 26 Bakı Komissarı adına rayonların deputatı seçilmişdir.

1993-2012-ci illərdə Fərəh Şəkinskaya Azərbaycan Dövlət Uşaq Filarmoniyasına rəhbərlik etmişdir. Bu illər ərzində kollektiv yeni rəngarəng proqramları ilə respublikamızda və bir çox xarici ölkələrdə Azərbaycan mədəniyyətini uğurla təmsil etmiş, Beynəlxalq Uşaq Festivallarında laureat adını qazanmışdır.

F.Şəkinskaya Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində hər zaman fədakarlıqla çalışmışdır.

O, milli mədəniyyətimiz sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.

Gözəl və təvazökar insan Fərəh Şəkinskayanın işıqlı və əziz xatirəsi onu tanıyanların və sevənlərin ürəyində daim yaşayacaqdır.

# 2629 dəfə oxunub

Oxşar xəbərlər

Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

"Dünənki adamın yarısı belə deyiləm..." - Məşhur "Yesterday" necə yarandı?

11:30 11 oktyabr 2026
"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

"Bir adətin ənənəviliyi onun yaxşılığına dəlalət etmir..." - Harriet Teylor Mill kim idi?

16:00 8 oktyabr 2026
İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

İtalyan rəssamın sevgilisindən ilhamlanıb çəkdiyi tablo - "Məryəm iki mələk ilə"

14:00 8 oktyabr 2026
Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

Səhnədə üsyan, mağazada moda – Qranj necə özünə xəyanət etdi?

18:40 6 oktyabr 2026
"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

"Ömrümdən nə qaldı vəfasız dünyada?" - Məşhur "Əlvida"nın pərdəarxası

15:00 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər