Öküz döyüşdürülən yer məscid olacaq

Öküz döyüşdürülən yer məscid olacaq
7 iyul 2014
# 12:08

Barselonada nəhəng məscidin tikilməsi planlaşdırılır. Kulis.Az-ın ispan mətbuatına istinadən verdiyi xəbərə görə müsəlman icması məscidin tikintisi üçün sərmayə də tapıb.

Bu layihəyə 2,2 milyard avro ayırmağı düşünən Qatar əmiri Tamin bin Hamad əl-Tani monumental korrida arenasını almağı və orada 40 min adamın yerləşə biləcəyi məscid tikdirməyi planlaşdırır.

Məscidin minarəsi 300 metrlik hündürlükdə olacaq. Bu, Məkkə və Mədinə məscidlərinin minarəsindən sonra üçüncü böyük minarə olacaq.

Məlumata görə arenanın sahibi olan Balanyalar ailəsi onu satmağa razılaşıb. Sadəcə bələdiyyənin lisenziyasının gözləyirlər.

Tikintisi 5 ilə nəzərdə tutulan məscid islamın bütün təriqətlərinin üzünə açıq olacaq.

Bu layihənin təşəbbüskarı, Barselonada Ərəb Kitab Evinin müdiri olan Movafak Kanfaç deyib ki, yerli əhali etiraz etməyəcək. Çünki minarədən azana verilməyəcək.

Məsciddə 4 min iş yeri açılacaq.

Eyni zamanda konfrans zalı, islam sənət muzeyi, restoran və ticarət meydanı olacaq.

# 2671 dəfə oxunub

Oxşar xəbərlər

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə  çap etmirdilər?

"Necə gedib yatacaqsan evində rahətlə?" - Mirzə Əli Möcüzün şeirlərini niyə çap etmirdilər?

12:00 29 mart 2026
"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

"Döyüşə bilmirdin, ölməyə gedəydin Şuşaya..." - "Otel otağı"nın yaddaşla hansı əlaqəsi var?

12:00 28 mart 2026
Kabuslu ev - Virciniya Vulfun hekayəsi

Kabuslu ev - Virciniya Vulfun hekayəsi

10:00 28 mart 2026
Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

Səsin rəngi, dadı və dərdi - Səməndər Rzayevi bizə doğma edən nə idi?

12:00 27 mart 2026
Sağlıq – Kamal Abdullanın hekayəsi

Sağlıq – Kamal Abdullanın hekayəsi

11:53 27 mart 2026
Teleqram - Konstantin Paustovskinin hekayəsi

Teleqram - Konstantin Paustovskinin hekayəsi

10:00 27 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər