Bunu Obamadan 11 il əvvəl demişdilər

Bunu Obamadan 11 il əvvəl demişdilər
31 mart 2014
# 14:55

Bəzən yazıçı və rejissor təxəyyülü o qədər uzaqgörən olur ki, gələcəyin ixtiralarını, illər sonra baş verəcək hadisələri öz əsərlərində təsvir edir. Filmlərin və bədii əsərlərin gələcəkdən xəbər verməsi təsadüfi olduğu qədər, düşünülmüş şəkildə də ola bilər.

Amerikada məlum “11 sentyabr” hadisəsi baş verdikdən sonra onlarla bədii və cizgi filmlərin 25-ci kadrlarında “11-9” işarəsinin neçə illər əvvəl əks olunduğunun şahidi olmuşuq. Bunun təsadüf olması müəmmalıdır.

Jül Vernin bir çox əsərlərində akvalanq, televizor, elektrik stulu haqqında təsvirlər verilmişdir ki, həmin dövrdə belə şeylərin nə zamansa olacağı insanlara qeyri-real görünürdü. Həmçinin, onun 1904-cü ildə işıq üzü görən “Dünyanın hökmdarı” kitabında isə, təyyarə haqqında ətraflı məlumatların olduğunu görə bilərik.

1997-ci ildə “Beşinci element” filmi satışa çıxanda heç kim ABŞ-da qaradərili prezidentin olacağını ağlına belə gətirməzdi. Barak Obamanın hakimiyyətə gəlməsindən 11 il əvvəl artıq bu filmdə Amerikanın prezidenti qaradərili idi.

“Fantomas coşub” filmindəki uçan avtomobil yəqin ki, tamaşaçıların yadındadır. 60-cı illərdə fantastika kimi görünən bu ideya dövrümüzdə reallığa çevrilməkdədir.

Belə ki, 2006-cı ildə “Terrafugia” şirkəti tərəfindən hazırlanan avtomobillər yerdə müəyyən sürəti yığandan sonra asanlıqla təyyarəyə çevrilərək göydə uça bilir. Bu avtomobilin ilk sınağı 2009-cu il, martın 5-də sınaqdan keçirilib. Ölçüsünə görə adi avtomobillərdən fərqlənməyən “Transition” adlı bu avtomobil həm asfalt yoldan, həm də aerodromdan göyə qalxa bilər.

1968-ci ilin istehsalı olan “Kosmik odisseya” filminin süjet xəttində planetlərarası səyahət əsas yer tuturdu. O zamanlar üçün əlçatmaz fantastik arzu sayılan bu ideya XXI əsrdə artıq tam reallığa çevrilməkdədir. Bu gün böyük vəsaitlər hesabına olsa belə, istənilən şəxsin Beynəlxalq Kosmik Stansiyaya getməyi realdır və bu turizm getdikcə genişlənməkdədir. Bundan başqa bu filmdə insanların müasir planşetlərə bənzər lövhələr üzərində filmlərə baxmağı təsvir edilir. Maraqlı olan budur ki, “Samsung” bu ideyanın “Apple” şirkətinə deyil, ona məxsus olduğunu sübut etmək üçün həmin epizodu dəlil kimi götürərək “Apple” şirkətini məhkəməyə vermişdi.

Böyük populyarlıq qazanmış “Geri gələcəyə” filmində 3D görüntüsü təsvir edilmişdir ki, o zaman bu effekt hələ heç kimə məlum deyildi.

Gələcəkdən xəbər verən daha bir film 1966-cı ildə çəkilmiş “Farenheyt 415” filmidir. Bu film gələcəkdə divardan asılmış plazmatik panellər və interaktiv televizorun olacağını əvvəlcədən xəbər vermişdi. Filmin qəhrəmanları görüntüləri birbaşa divardan yayımlanan televizorlara baxırlar. Həmçinin, filmdə baş qəhrəmanın arvadının qulaqlıqlar vasitəsilə öz qohumları ilə danışdığı səhnə vardır. Bəlkə də müasir “Skype” yaradıcıları ideyanı elə bu filmdən götürüblər.

Filmlərdə gördüyümüz qeyri-adi, hələ elm aləminə məlum olmayan əşyalar və hadisələrə qeyri-real yanaşmaq lazım deyil. Texnologiyanın və tarixin inkişafı nəticəsində həmin hadisələr bir gün reallığa çevrilə bilər.

# 5029 dəfə oxunub

Oxşar xəbərlər

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri  - Mikayıl Abdullayevin "Füzuli" əsəri

Klassik Şərq poetikası ilə modern rəngkarlığın təfsiri - Mikayıl Abdullayevin "Füzuli" əsəri

16:05 21 avqust 2026
"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

"Nə vaxt təslim olacağını bilməlisən..." - Məşhur "The gambler" necə yarandı?

12:30 21 avqust 2026
Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

Modern təfəkkürlə qədim köklərin kəsişdiyi nöqtə - "İmereti – Anam mənim" tablosu

14:30 20 avqust 2026
İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

İmpressionizmin ən böyük kolleksioneri - Paris Salonu onun əsərini niyə rədd etmişdi?

18:30 19 avqust 2026
"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

"Ana, həyat yenicə başlayırdı..." - Məşhur "Bohemian rhapsody" necə yarandı?

16:30 19 avqust 2026
Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

Baş mələk Mikayılla İblisin təsvirini çəkən rəssam - Qvido Reninin məşhur əsərləri

18:00 18 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər